Layihələrin konstruktiv cizgilərini hazırlayır və tikinti sahəsində nəzarət edir, 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Tələblər:
- Uyğun sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
- Layihələrin təqvim üzrə planlaşdırılması bacarığı;
- Kompüter bilikləri: AutoCAD, Lira (Tekla Structures arzuolunandır);
- Tikintidə müəllif nəzarətinin aparılması üzrə təcrübə (mütləqdir);
- Məsuliyyətli, dəqiq, işi vaxtında və keyfiyyətlə təhvil vermək bacarığı;
- Müstəqil və komanda daxilində işləmək bacarığı;
- Həftədə və ya iki həftədən bir Naxçıvana müəllif nəzarəti məqsədilə ezam olunmaq imkanı.
Vəzifə öhdəlikləri:
- İnşaat konstruksiyalarının (metal və dəmir-beton konstruksiyalar) hesabatlarının və çertyojlarının hazırlanması;
- Metal, dəmir-beton və taxta konstruksiyalar, həmçinin avadanlıqlar üzrə konstruktiv hesabat və çertyojların hazırlanması;
- Tikinti-quraşdırma işlərinin layihə və konstruktiv həllərə uyğunluğunun müəllif nəzarəti çərçivəsində yoxlanılması;
- Aşkar edilmiş uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə müvafiq konstruktiv həllərin hazırlanması;
- Həftədə və ya iki həftədən bir Naxçıvana müəllif nəzarəti məqsədilə ezamiyyətə getmək.
İş şəraiti:
- Əmək haqqı: 2300 AZN + razılaşma yolu ilə;
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- Ünvan: A. Cəlilov küçəsi 20.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Konstruktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur
Şirkət haqqında
"Baku Project Group" şirkətinin əsas fəaliyyət istiqaməti memarlıq layihələrinin hazırlanması, tikinti prosesinə başlanılması üçün dövlət qurumları ilə razılaşdırılması, tikintidə müəllif nəzarətinin aparılması və s.dir.
Baku Project Group — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mexanika mühəndisi layihələrin hazırlanması və icrasına nəzarət edir, AutoCAD bacarığı tələb olunur.
Yeni modellərin texniki cizgilərini işləyir, Autocad bilikləri və ən azı 1 il təcrübə tələb olunur
Yeni modellərin texniki cizgilərini işləyir, Autocad bilikləri və ən azı 1 il təcrübə tələb olunur



