Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Təcrübəli Aparıcı Memar axtarışındayıq! (Revit bilməsi mütləqdir)
Reflect Architects komandası olaraq, peşəkar və yaradıcı baxış bucağına sahib təcrübəli memar axtarırıq. Əgər sən həm texniki biliklərini, həm də estetik zövqünü layihələrə əks etdirə bilirsənsə, sənə komandamızda yer var!
Vəzifələr:
• Memarlıq layihələrinin konsepsiyadan icraya qədər işlənməsi
• Layihə sənədlərinin texniki tərtibatlarının hazırlanması
• Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
• Müştəri və podratçılarla fəal əməkdaşlıq
• Layihələrin vaxtında və keyfiyyətli təhvil verilməsinin təmin olunması
Tələblər:
• Memarlıq üzrə ali təhsil
• İri layihələndirmə şirkətlərində ən az 3 il peşəkar təcrübə
• Revit(mütləqdir), AutoCAD,SketchUp, Enscape, Adobe bilikləri
• Detallara diqqətli, məsuliyyətli yanaşma və zaman idarəsi bacarığı
• Komanda ilə işləmək qabiliyyəti
• Yaradıcılıq və təşəbbüskarlıq
Təklif edirik:
• 5/2 iş qrafiki
• İş saatları: 09:00 – 18:00
• Ölkə əhəmiyyətli layihələrdə iştirak imkanı
• Peşəkar komanda və inkişaf yönümlü mühit
• Təcrübə və bacarıqlara uyğun rəqabətli əmək haqqı
• Şəxsi və peşəkar inkişaf imkanları
📍 İş yeri: Bakı, Azərbaycan
📌 Diqqət: E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



