Vakansiya haqqında

İş barədə məlumat

  • Texniki tapşırıq və müvafiq standartlara uyğun olaraq məhsul və ya konstruksiya layihələri hazırlamaq
  • Texniki çertyojlar, spesifikasiyalar, eskizlər və texniki hesabatlar tərtib etmək
  • Layihələndirmə üçün uyğun materialların və avadanlıqların seçimini həyata keçirmək
  • Layihələrin konstruktiv və texnoloji həllərini optimallaşdırmaq və inkişaf etdirmək
  • Mövcud konstruksiyalarda dəyişikliklər aparmaq və onların təkmilləşdirilməsini təmin etmək
  • Hazırlanmış layihə sənədlərinin beynəlxalq və yerli standartlara (ISO, GOST və s.) uyğunluğunu təmin etmək
  • İstehsalat proseslərinin layihə sənədlərinə və texniki həllərə uyğun şəkildə icrasına nəzarət etmək
  • Texniki təcrübə sınaqlarında iştirak etmək və əldə edilən nəticələr əsasında layihələrə düzəlişlər tətbiq etmək
  • İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək
  • Ona həvalə olunmuş layihə və texniki tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək
  • Hazırlanmış texniki sənədlərin düzgünlüyünə və normativ texniki standartlara uyğunluğuna cavabdeh olmaq
  • Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulmasına yol verməmək
  • Layihə sənədlərində və konstruktiv həllərdə buraxılmış texniki və funksional səhvlərə görə məsuliyyət daşımaq
  • İstifadəsində olan texniki sənədlərin, avadanlıq və layihə materiallarının qorunmasına və düzgün saxlanmasına cavabdeh olmaq

Namizədə tələblər

  • Ali texniki təhsil (mühəndis-konstruktor ixtisası üzrə);
  • Texniki çertyoj, 3D modelləşdirmə və CAD proqramlarında (AutoCAD, SolidWorks, və s.) işləmə bacarığı;
  • Standartlaşdırma və texniki normativlər üzrə biliklər;
  • Layihələndirmə, hesablama və texniki sənədləşmə bacarığı;
  • Təhlükəsizlik texnikası qaydalarını bilmək və tətbiq etmək;
  • Ən azı 3–5 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
  • Əmək haqqı: 1000 - 1500 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
  • İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Əlaqə nömrəsi: 050-231-12-05 (HR)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Abşeron
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
28 avqust 2026
Son tarix
28 sentyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 000–1 500 ₼
Mühəndis-konstruktor
Müraciət et