İstehsalat avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Zəfər Bağları MMC-dən vakansiya: Traktor çilingəri tələb olunur
Vəzifə öhdəlikləri:
- Traktorların və aqreqatların gündəlik, aylıq və mövsümi texniki baxışlarını həyata keçirmək;
- Mühərrik, transmissiya, hidravlik sistemlər, asqı və əyləc sistemlərini yoxlamaq və nasazlıqları aradan qaldırmaq;
- Yağ dəyişmə, filtrlərin yenilənməsi, batareyaların yoxlanılması və digər profilaktik xidmətləri icra etmək;
- Ehtiyat hissələrinin quraşdırılması, sazlanması və dəyişdirilməsi;
- Diaqnostika cihazlarından və əl alətlərindən peşəkar şəkildə istifadə etmək;
- Nasazlığın səbəbini aşkar etdikdən sonra müvafiq təmir metodunu tətbiq etmək;
- Gördüyü işlər barədə texniki baxış jurnallarını və təmir sənədlərini düzgün doldurmaq;
- Ehtiyat hissələrinin dəyişdirilməsi və istifadəsinin uçotunu aparmaq;
- Aşkar edilən ciddi nasazlıqlar barədə rəhbərliyə yazılı və ya şifahi formada məlumat vermək;
Namizədlərə tələblər:
- Təhsil: Orta və ya texniki təhsil;
- İş təcrübəsi: Kənd təsərrüfatı texnikası ilə işləməkdə azı 1 illik təcrübə
- Texniki bilik və məsuliyyətli iş yanaşması
- Texnikanın iş prinsiplərini və texniki təhlükəsizlik qaydalarını bilmək;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq.
İş şərtləri:
- İş qrafiki: tam iş günü
- İş yeri: Ağdam rayonu (Ağdam rayonunda yerləşdiyi üçün namizəd əraziyə yaxın şəhərdən olmalı – Ağdam, Bərdə və s.)
- Nahar şirkət tərəfindən təmin edilir
- Bərdə və Ağdam rayonlarından servis mövcuddur.
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 700-800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır
5/5 - (1 səs)
Şirkət haqqında
"Agro Food Investments" Məhdud məsuliyyətli cəmiyyətin "Agro Food Investments" Məhdud məsuliyyətli cəmiyyətin"Agro Food Investments" Məhdud məsuliyyətli cəmiyyətin"Agro Food Investments" Məhdud məsuliyyətli cəmiyyətin"Agro Food…
Zəfər Bağları MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mobil avadanlıqların texniki xidmətini planlaşdırır və həyata keçirir, 3 il təcrübə tələb olunur.
Tokar və frez dəzgahlarının texniki baxışını və təmirini həyata keçirir, mexaniki təcrübə tələb olunur.
Soyuducu sistemlərin quraşdırılması, sazlanması və istismarını təmin etmək üçün texniki bilik tələb olunur



