NÖC və Avtomatika çilingəri (Azvul Zavodu)

Mətanət A Şirkətlər Qrupu

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
11 avqust 2026

Vakansiya haqqında

Zavod avadanlıqlarının profilaktik baxışını və gündəlik texniki yoxlamalarını həyata keçirmək.
Avtomatika avadanlıqlarının sökülməsi, təmiri, yığılması və sazlanması işlərini icra etmək.
Avadanlıqlarda yaranan vibrasiya, anormal səs, yüksək temperatur və digər nasazlıq əlamətlərini vaxtında müəyyən etmək.
Avtomatika hissələrinin tənzimlənməsini, boşluqların və qalınlıqların yoxlanılması prosesini qaydalara uyğun yerinə yetirmək.
Təmir və texniki xidmət işləri üçün tələb olunan lazımi ehtiyat hissələrini və materialları düzgün təyin etmək.
Görülmüş təmir və xidmət işləri haqqında qeydiyyat jurnalında düzgün, səliqəli qeydlər aparmaq.
Müəssisə daxili sanitariya və istehsalat qaydalarına əməl etmək, rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək.
Tələblər
Təhsil: Ali və ya orta ixtisas təhlili;
İş təcrübəsi: 2 il;
Yaş həddi: 25-50 yaş;
Sertifikatların olması arzuolunandır;
Texniki tələblər: Əməyin mühafizəsi, Elektrik təhlükəsizliyi, Lockout/Tagout (LOTO) prosedurları, Fərdi mühafizə vasitələrindən istifadə, Elektrik bilikləri, Elektrik dövrələrinin əsasları, AC və DC cərəyanı, Gərginlik, cərəyan, müqavimət və güc anlayışları, Elektrik sxemlərini oxumaq, Mühərriklər, kontaktorlar, relelər və qoruma aparatları, Avtomatika bilikləri, Sensorların iş prinsipi (temperatur, təzyiq, səviyyə, axın və s.), Aktuatorlar (solenoid klapanlar, servo və pnevmatik sistemlər), PID tənzimləmə əsasları, Avtomatik idarəetmə sistemləri, PLC bilikləri, PLC-nin iş prinsipi, Giriş və çıxış modulları.

İş şəraiti:

İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
İş qrafiki: 6 gün, 6-cı gün qısa iş günü;
İstirahət: Bazar günü.

Biz nə təklif edirik:

Əmək haqqı: Razılaşma yolu ilə;
Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir.

Şirkət haqqında

Mətanət A Şirkətlər Qrupu
Tikinti materialları · 500 + · Baku

<p>Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. </p><p>Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.</p>

Mətanət A Şirkətlər Qrupu — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Az Protein Foods Group MMCSenior1 500–2 000 ₼11 gün əvvəl
Energy ManagementTechnical DocumentationPreventive Maintenance
Bütün oxşar vakansiyalar
Göstərilməyib
NÖC və Avtomatika çilingəri (Azvul Zavodu)
Müraciət et