Lokomotiv və motorvaqon təmirdən qəbulu üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları

Vakansiya haqqında

  • İstismardan qayıdan, nasaz vəziyyətdə olan, planlı və ya plandankənar təmirə daxil olan hərəkət vasitələrinin texniki vəziyyətinə nəzarəti həyata keçirmək, onların təmirə təhvil verilməsi və təmirdən qəbul olunması prosesini təşkil etmək;
  • Reysdən gəlmiş lokomotiv və motorvaqonlu hərəkət tərkibini qəbul etmək, hərəkət vasitəsinin texniki vəziyyətinə baxış keçirmək, aşkar olunmuş nasazlıqları müəyyən etmək və qeydiyyata almaq, nasazlıqlar barədə təmir sahəsinin aidiyyəti işçilərinə məlumat vermək, təmir işlərinin aparılması üçün təklif və göstərişlər vermək, TU-152 və digər aidiyyəti jurnallarda müvafiq qeydiyyat aparılmasına nəzarət etmək, hərəkət vasitəsinin təmirə düzgün təhvil verilməsini təmin etmək, təmir başa çatdıqdan sonra hərəkət vasitəsini texniki baxışdan keçirmək, aparılmış təmir işlərinin keyfiyyətini yoxlamaq, təhlükəsizlik cihazlarının, əyləc sisteminin, elektrik və köməkçi avadanlıqların sazlığını yoxlamaq, lokomotivin və ya motorvaqonlu hərəkət tərkibinin istismara yararlı olması barədə qərar vermək, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasını tələb etmək, qəbul edilmiş hərəkət vasitəsinin texniki sazlığına görə məsuliyyət daşımaq;
  • Təmirə verilən lokomotiv və motorvaqonlu hərəkət tərkibinin ilkin baxış və yoxlama işlərini həyata keçirmək, kuzov və arabacıqların vəziyyəti, təkər cütləri və əyləc avadanlıqları, təhlükəsizlik qurğuları (BLOK, VEPS, FALİ və s.), dartı və köməkçi avadanlıqlar, işıqlandırma və siqnal sistemləri, yağ, yanacaq və soyuducu maye səviyyələri, idarəetmə kabinəsinin, inventarın və yanğın təhlükəsizliyi vasitələrinin vəziyyəti, kənar səs, vibrasiya və nasazlıqların olub-olmamasını yoxlamaq;
  • Təmir başa çatdıqdan sonra görülmüş işlərin keyfiyyətini yoxlamaq, nasazlıqların tam aradan qaldırıldığına əmin olmaq, müvafiq sənədlərdə qeydiyyat aparmaq, hərəkət vasitəsini istismara qəbul etmək və ya əlavə təmirə qaytarmaq;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, texniki tənzimləmə sahəsində qanunvericiliyini, digər normativ hüquqi aktlarını, ADY-nin nizamnaməsini, Dəmiryol nəqliyyatının texniki istismar Qaydalarını, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatını, Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatını, ADY-nin əmrlərini, sərəncamlarını, qüvvədə olan normativ-texniki sənədlərini, habelə bu Təlimatı rəhbər tutaraq funksiyalarını icra etmək;
  • Texniki baxışın düzgün aparılmasına, sənədləşmənin düzgünlüyünə, aşkar olunmuş nasazlıqların vaxtında qeyd edilməsinə, istismara qəbul edilən hərəkət vasitəsinin texniki sazlığına görə məsuliyyət daşımaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Dilara Aliyeva Str. 230
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 sentyabr 2026
Son tarix
30 sentyabr 2026
Baxış
24

Şirkət haqqında

Azərbaycan Dəmir Yolları
Rail Transportation · Baku
Azərbaycan Dəmir Yolları — bütün vakansiyalar

Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Lokomotiv və motorvaqonların təmirə qəbulunu və texniki vəziyyətinə nəzarəti həyata keçirməkdir.

Texniki baxış, nasazlıqların müəyyən edilməsi və sənədləşmənin aparılması bacarıqları tələb olunur.

Azərbaycan Respublikasının qanunvericiliyi, ADY-nin nizamnaməsi və normativ-texniki sənədlərə riayət etməlidir.

Nasazlıqlar barədə aidiyyəti işçilərə məlumat vermək və aradan qaldırılmasını tələb etmək lazımdır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Növbə mühəndisi üzrə Bakıda digər açıq elanlar.

Matanat A
Middle · 3+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

Energetik kimi zavodun enerji təchizatı və elektrik avadanlıqlarının istismarı üzrə nəzarət edir, 3 il təcrübə tələb olunur.

Energy ManagementPreventive MaintenanceElectrical Equipment MaintenanceTechnical Supervision+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Saipem
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Dənizdə avadanlıqların təmiri və komandanın idarə olunması üçün texniki təhsil və təcrübə tələb olunur.

Quality ControlCost ControlTeam CoordinationHSE Compliance+2
Müraciət et
AzerFloat
Middle · 3–5 ilSumqayıt
Maaş göstərilməyib

Sumqayıtda zavodun elektrik sistemlərinin fasiləsiz işini təmin etmək üçün 3-5 il təcrübə tələb olunur.

Preventive MaintenanceTechnical InspectionTeamworkElectrical Engineering+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Lokomotiv və motorvaqon təmirdən qəbulu üzrə mütəxəssis
Müraciət et