Layihənin planlaşdırılması və cədvəlləşdirilməsi üzrə iş görür, layihə idarəetmə bacarıqları tələb olunur
Vakansiya haqqında
Avensol şirkəti Neftçala rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsi üçün komandamıza Planlama və Hesabat üzrə Mühəndis (Planning and Reporting Engineer) axtarır.
Əsas vəzifələr
- Layihənin əhatə dairəsi, BOQ və çertyojlar əsasında ilkin layihə qrafiklərinin (Baseline Schedule), İşlərin Bölünmə Strukturunun (WBS) və kritik yolun hazırlanması;
- Sahədən gündəlik və həftəlik məlumatların toplanması, layihənin faktiki icra vəziyyətinin qrafik üzrə yenilənməsi və monitorinqi;
- Həftəlik və aylıq hesabatların, S-Curve, histogram və digər layihə göstəricilərinin hazırlanması və təqdim edilməsi;
- Layihədə yaranan gecikmələrin və risklərin vaxtında müəyyən edilməsi, bərpa qrafiklərinin (Recovery Schedule) və zərurət olduqda müddətin uzadılması tələblərinin (EOT) hazırlanmasına dəstək;
- İşçi qüvvəsi, avadanlıq və material ehtiyaclarının planlaşdırılması və resurs bölgüsünün optimallaşdırılması;
- Subpodratçıların icra vəziyyətinin təsdiq edilmiş iş qrafiklərinə uyğun izlənilməsi və gecikmələr barədə layihə rəhbərliyinin məlumatlandırılması;
- Layihə rəhbərinin verdiyi tapşırıqları layihənin ehtiyaclarına uyğun olaraq vaxtında və keyfiyyətlə icra etmək, zəruri hallarda layihənin planlaşdırılması, hesabatlılığı və koordinasiyası ilə bağlı əlavə işləri həyata keçirmək.
Tələblər
- İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Primavera P6 və ya Microsoft Project proqramlarında yüksək səviyyədə praktiki bilik;
- Tikinti, enerji, neft-qaz və ya infrastruktur layihələrində 3–5+ il müvafiq iş təcrübəsi;
- Layihələrin planlaşdırılması, icra vəziyyətinin monitorinqi və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
- İngilis dili biliyi mütləqdir – yazılı və şifahi ünsiyyət səviyyəsində;
- Güclü analitik düşüncə, hesabat hazırlama və koordinasiya bacarıqları.
İş şəraiti
- İş yeri: Neftçala, günəş elektrik stansiyası layihəsi
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə
- Qidalanma: Təmin edilir
- Yaşayış: Təmin edilir
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Planlama və Hesabat üzrə Mühəndis” başlığı ilə göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 avqust 2026
Dillər
English
Son tarix
15 sentyabr 2026
Şirkət haqqında
Avensol MMC
Tikinti, İnfrastruktur tikintisi · 51-200
Avensol MMC — Azərbaycan Respublikasının enerji sektorunda mühəndislik, təchizat və tikinti (EPC) sahəsində aparıcı şirkətidir.
Avensol MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Planlama mühəndisi olaraq layihə qrafiklərini hazırlamaq və hesabatlar təqdim etmək.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Layihələrin koordinasiyası və planlaşdırılması üzrə 3 ildən çox təcrübəsi olan mühəndis axtarılır
Maaş göstərilməyib1 gün qalıb



