Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • İrəliləmə histoqramlarının tərtib edilməsi;
  • Gecikmələrin proqnozlaşdırılmasının həyata keçirilməsi.

Namizədə tələblər

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Tikinti sahəsində planlama üzrə ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləmək;
  • MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilmək;
  • İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları;
  • Ən az bir tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək, iş ardıcıllıqlarını bilmək, işçi əmək tutum norma və standartlarını bilmək;
  • Azərbaycan dili (mütləq), İngilis və ya Rus dili bilikləri (arzuolunandır/ layihədən asılı olaraq).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
8 oktyabr 2026

Şirkət haqqında

Uni Ko QSC
Construction · Baku
Uni Ko QSC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Melissa Group
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin planlaşdırılmasını həyata keçirir və Primavera proqramını yaxşı bilir.

Analytical skillsDocumentationTeamworkConstruction project planning+8
Müraciət etAsan müraciətAsan müraciət
Azinvest İnşaat
Middle · 3+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

MEP layihələrinin icrası və materialların idarə olunması üzrə mühəndis axtarılır, mexanika sahəsində təcrübə tələb olunur.

AutoCADAnalytical skillsProject ReportingShop Drawing Preparation+7
Müraciət etAsan müraciətAsan müraciət
VLand Systems MMC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib3 gün qalıb

Layihələrin planlaşdırılması, cədvəllərin hazırlanması və risklərin qiymətləndirilməsi bacarığı tələb olunur

Report PreparationProject PlanningProject SchedulingBudget Preparation+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Planlama üzrə mühəndis
Müraciət et