Vakansiya haqqında

  • Qaz şəbəkəsinin texniki baxış, xidmət və müayinə qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək.
  • Qaz kəmərləri, QTM-lər, EKM qurğuları və avtomatik idarəetmə sistemlərinin texniki istismarını təşkil etmək.
  • Aşkar edilmiş nasazlıqlar üzrə təmir təkliflərini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.
  • Qazlaşdırma işlərinin layihə-smeta sənədlərini yoxlamaq və istismara qəbul üzrə rəy vermək.
  • Qaz şəbəkəsi ilə bağlı müraciətləri araşdırmaq və məlumat bazasını yeniləmək.
  • Qəza və təmir işləri zamanı itirilmiş qazın həcmini hesablamaq.
  • Qaz kəmərlərinin diaqnostikasını və texniki qiymətləndirilməsini təşkil etmək.
  • Qaz təchizatı üzrə texniki şərt, texniki rəy və layihə sənədlərinin hazırlanmasında iştirak etmək.
  • Qaz kəmərləri və avadanlıqların sxem və eskizlərini hazırlamaq.
  • Fərdi yaşayış evlərinin qazlaşdırılması üzrə sənədləri qəbul etmək və aidiyyəti üzrə təqdim etmək.
  • Podrat təşkilatlarının yerinə yetirdiyi işlərin uçotunu aparmaq.
  • Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etmək.

Xüsusi tələblər

Bilməlidir

  • Azərbaycan Respublikasının "Qaz təchizatı haqqında qanun" və “Qazdan istifadə Qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
  • Tikinti norma və qaydalarını;
  • Layihə Smeta Sənədlərinin oxunmasını;
  • Təbii qaz itkilərinin yaranma səbəblərini və aradan qaldırılması yollarını;
  • Qaz təsərrüfatında elm və texnikanın son nailiyyətlərinə cavab verən avadanlıq, cihaz və sayğacların tətbiqi barədə məlumatları;
  • İstismarda olan qaz avadanlıqlarına texniki xidmətin göstərilməsi qaydalarını və bu işlərin mövcud qaydalara uyğun olaraq sənədləşdirilməsini;
  • Qaz kəmərlərinin korroziyadan aktiv və passiv mühafizə qaydalarını, katod, drenaj və protektor qurğularının iş prinsipini;
  • Qaz kəmərləri və qurğularında aparılmış işlər barədə istismar pasportlarında müvafiq qeydiyyatların aparılmasını;
  • Texnoloji itkilərin hesabatını, qaz kəmərlərinin kipliyə və möhkəmliyə yoxlanılması qaydalarını.
  • müvafiq sahə üzrə bakalavr təhsili və müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Müraciət üçün (CV):
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Dillər
Azerbaijani

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Baku
SOCAR — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

SOCAR
Middle · 2+ ilNaxçıvan
Maaş göstərilməyib

Avtonəqliyyat vasitələrinin təmiri və texniki xidmətinə nəzarət edir, minimum 2 il təcrübə tələb olunur

Vehicle MaintenanceTechnical InspectionTechnical DocumentationTechnical Equipment Operation+4
Müraciət et
SOCAR
Bakı
384

Orta təzyiqli qaz xətlərinin texniki baxışını və qaz sızmalarının aşkarlanmasını həyata keçirir.

Technical InspectionTechnical DocumentationVisual InspectionReport Writing+3
Müraciət et
1 300–1 500

Soyutma və HVAC sistemlərinin istismarına nəzarət edir və texniki baxış aparır.

Technical InspectionPreventive Maintenance PlanningTechnical DocumentationEquipment Maintenance+2
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühəndis
Müraciət et