Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Qaz xətləri, metal konstruksiyalar və borular üzrə qaynaq işlərini yerinə yetirmək;
  • Boruların kəsilməsi, birləşdirilməsi və montajını texniki tələblərə uyğun həyata keçirmək;
  • Yarımavtomat və qaz qaynağı aparatlarından düzgün və təhlükəsiz istifadə etmək;
  • Qaynaq edilən materiala uyğun elektrod, avadanlıq və qaynaq üsulunu seçmək;
  • Qaynaq tikişlərinin keyfiyyətini yoxlamaq, qüsurları müəyyən etmək və aradan qaldırmaq;
  • Nasaz metal hissələrin və avadanlıqların təmirini həyata keçirmək;
  • İstifadə olunan odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarının sazlığını yoxlamaq;
  • Texniki çertyoj və sxemlərə uyğun işləmək;
  • Aşkar olunmuş nasazlıq və təhlükəli hallar barədə dərhal qrup rəhbərinə məlumat vermək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Orta və ya orta ixtisas təhsili;
  • Qaynaqçı ixtisasını təsdiq edən peşə hazırlığı sənədi və ya sertifikat;
  • Qaynaq işləri üzrə müvafiq iş təcrübəsi;
  • Yarımavtomat və qaz qaynağı aparatlarının texniki istismar qaydalarını bilmək;
  • Qaynaq tikişlərinin növləri, yarana biləcək qüsurlar və onların aradan qaldırılması üsulları barədə bilik;
  • Elektrodların növlərini və qaynaq tikişlərinin texnoloji ardıcıllığını bilmək;
  • Odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarından təhlükəsiz istifadə bacarığı;
  • “Təbii qazdan istifadə Qaydaları”nı və qazdan təhlükəsiz istifadə üzrə təlimatları bilmək;
  • Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı.

Əlavə məlumat

  • Servis şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: razılaşma əsasında.
  • İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).

Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Qaynaqçı” mövzu başlığı ilə göndərə bilərlər.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

Predsol
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri · Baku
Predsol — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

ATEF Şirkətlər Qrupu
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Metal konstruksiyaların elektrik qaynaq işlərini texniki sənədlərə uyğun yerinə yetirmək üçün 2 il təcrübə tələb olunur.

Technical Drawing ReadingWelding Equipment OperationElectrode SelectionSafety Regulations Compliance+2
Müraciət etAsan müraciətAsan müraciət
Smart Security
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Metal konstruksiyaların və boru kəmərlərinin qaynaq işlərini MIG, TIG və elektrik qövsü üsulları ilə icra etmək tələb olunur.

WeldingBlueprint ReadingTeamworkMetal Cutting+5
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Qazma işlərini layihə və texniki tələblərə uyğun yerinə yetirmək və təhlükəsizlik qaydalarına riayət etmək.

Technical requirement complianceEquipment OperationSafety ComplianceEquipment Maintenance+1
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qaynaqçı
Müraciət et