Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Quyuların əsaslı təmiri və quyuya müdaxilə layihələrinin mühəndislik və əməliyyat baxımından planlaşdırılmasını həyata keçirmək;
  • Quyunun tarixçəsi, quyu sxemi, təzyiq məlumatları və digər texniki məlumatları təhlil etmək;
  • Quyu əsaslı təmir proqramlarının, əməliyyat ardıcıllıqlarının və texniki prosedurların hazırlanmasında iştirak etmək;
  • Zəruri mühəndislik və hidravlik hesablamaları aparmaq;
  • Fishing, Milling, Washover, quyu lüləsinin təmizlənməsi, quyu təzyiqinin idarə edilməsi və quyuya nəzarət (well killing) əməliyyatları, NKB əməliyyatları və digər quyu müdaxiləsi işlərinə mühəndislik dəstəyi göstərmək;
  • BHA, müdaxilə alətləri, avadanlıq və materialların texniki uyğunluğunu və hazırlıq vəziyyətini yoxlamaq;
  • Əməliyyatlar üçün tələb olunan avadanlıq, material və xidmətlərin müəyyən edilməsində, satınalma və logistika proseslərinin texniki koordinasiyasında iştirak etmək;
  • Təchizatçıların texniki təkliflərinin qiymətləndirilməsində iştirak etmək;
  • Quyu əsaslı təmir əməliyyatları üzrə risklərin qiymətləndirilməsi, JSA/JHA və SIMOPS sənədlərinin hazırlanmasına dəstək göstərmək;
  • Təzyiq sınaqları və quyu bütövlüyü ilə bağlı fəaliyyətlərdə iştirak etmək;
  • Əməliyyatların şirkət prosedurlarına, Sifarişçinin tələblərinə, SƏTƏM qaydalarına və tətbiq olunan sənaye standartlarına uyğun həyata keçirilməsinə dəstək göstərmək;
  • Əməliyyat zamanı yaranan texniki problemlərin və avadanlıq nasazlıqlarının araşdırılmasında iştirak etmək.

Namizədə tələblər:

  • Neft mühəndisliyi, Qazma mühəndisliyi, Mexanika mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Neft-qaz sənayesində minimum 5 il iş təcrübəsi;
  • Quyu əsaslı təmir, tamamlama, quyuya müdaxilə, qazma və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi;
  • Fishing, Milling, Washover, quyunun öldürülməsi və təzyiqə nəzarət əməliyyatları üzrə təcrübə arzuolunandır;
  • Dənizdə quyu əsaslı təmir və quyuya müdaxilə əməliyyatları üzrə təcrübəyə üstünlük verilir;
  • Texniki sənədlərlə işləmək və mühəndislik hesablamaları aparmaq bacarığı;
  • SƏTƏMM tələbləri və quyu bütövlüyü prinsipləri üzrə bilik;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 sentyabr 2026
Son tarix
24 oktyabr 2026
Baxış
32

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

Neft-qaz sənayesində minimum 5 il iş təcrübəsi tələb olunur.

Neft mühəndisliyi, qazma mühəndisliyi, mexanika mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil tələb olunur.

Quyu əsaslı təmir, tamamlama, quyuya müdaxilə, qazma və ya əlaqəli sahələrdə minimum 3 il təcrübə tələb olunur.

Texniki sənədlərlə işləmək və mühəndislik hesablamaları aparmaq bacarığı tələb olunur.

Dənizdə quyu əsaslı təmir və quyuya müdaxilə əməliyyatları üzrə təcrübəyə üstünlük verilir.

Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qazma mühəndisi üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Quyuların əsaslı təmiri üzrə layihə mühəndisi
Müraciət et