Project ManagementTechnical DocumentationAutoCAD
Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–1 500 ₼
Yerləşdirilib
25 iyun 2026
Son tarix
25 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
- İş yeri: Bakı
- Əmək haqqı 1500 azn
Vəzifənin məqsədi
- Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
- Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
- Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
- Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
- Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
- Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
- Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
- Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
- Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)
Namizədə tələblər (mütləq)
- Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
- Minimum 2 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
- AutoCAD bilikləri
- Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
- Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
- Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
- Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı
Üstünlükdür
- Revit / Civil 3D / Microsoft Project bilikləri
- Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma
Şirkət haqqında
BMY Caspian MMC
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Planlaşdırma mühəndisi
TəciliAutoCADConstruction PlanningProject Management
Construction ManagementBudget ManagementAutoCAD
AutoCADRevitSAP2000



