Tikinti sahəsində sahə mühəndisi kimi layihə sənədlərini oxuyur və işlərin icrasına nəzarət edir
Vakansiya haqqında
Vəzifə funksiyaları:
- Tikinti prosesinin gündəlik olaraq icra qrafikinə, layihə sənədlərinə və texniki tələblərə uyğun idarə olunması ;
- Sahədə aparılan işlərin keyfiyyətinə və düzgün icrasına nəzarət etmək ;
- Ustalar, briqadalar və subpodratçıların işini koordinasiya etmək və tapşırıqları sahə üzrə paylamaq ;
- Layihə üzrə konstruktiv, memarlıq və mühəndis sistemlərinə aid rəsmləri oxumaq və işçilərə izah etmək ;
- Günlük və həftəlik iş planlarının hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək ;
- Materialların vaxtında və düzgün şəkildə sahəyə çatdırılması üçün müvafiq şöbələrlə koordinasiya aparmaq ;
- Sahə ölçülərinin, iş həcmlərinin və görülmüş işlərin qeydlərini aparmaq ;
- Keyfiyyətsiz və ya layihəyə uyğun olmayan işlərin aşkarlanması və operativ şəkildə aradan qaldırılması üçün tədbirlərin görülməsi ;
- Texniki təhlükəsizlik qaydalarının sahədə icrasına nəzarət etmək ;
- Görülmüş işlərin foto və yazılı hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
- Subpodratçıların iş həcmlərinin qəbulunda iştirak etmək və icra sənədləşməsini aparmaq ;
- İşlərin mərhələli şəkildə təhvil-təslim prosesində iştirak etmək ;
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnşaat üzrə);
- Sahə mühəndisi və ya icra mühəndisi olaraq 2-5 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- AutoCAD bilikləri (Revit, Civil 3D, Microsoft Project bilikləri üstünlükdür) ;
- Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər haqqında güclü biliklər;
- Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı;
- Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı;
Əmək şəraiti:
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı 2000-2500 AZN NET
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Sahə mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sahə mühəndisi üzrə bazar adətən 1 600–1 750 ₼ ödəyir, median — 1 600 ₼.
13 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş həftədə 6 gün işlənir.
Əmək haqqı 2000-2500 AZN NET-dir.
Nahar şirkət tərəfindən təmin edilir.
Namizədin ali təhsili (İnşaat üzrə) olmalıdır.
Namizədin 2-5 il sahə mühəndisi və ya icra mühəndisi kimi təcrübəsi olmalıdır.
AutoCAD bilikləri tələb olunur, Revit, Civil 3D və Microsoft Project bilikləri üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Fit-out sahəsində sahə işlərinin idarə olunması və texniki sənədlərlə işləmək bacarığı tələb olunur.
Layihələrin icrasına nəzarət edir və tikinti sahəsində texniki sənədlərlə işləməyi bacarır.



