Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Şirkətimizin bina portfelinin təhlükəsiz və effektiv idarə edilməsini təmin edəcək təcrübəli və təşəbbüskar Binaların idarə edilməsi üzrə menecer axtarırıq. İdeal namizəd yüksək keyfiyyətli xidmət göstərilməsinə nəzarət edəcək, daxili komandanı idarə edəcək, üçüncü tərəf xidmət təminatçıları ilə işi əlaqələndirəcək və icarəçilər, sakinlər və digər maraqlı tərəflərlə güclü əməkdaşlıq quracaq.
Əsas vəzifə öhdəlikləri:
- Təhlükəsiz və fasiləsiz xidmət təmin edilməsini həyata keçirərək təyin olunmuş binalarda gündəlik əməliyyatlara nəzarət etmək.
- Daxili komandanın fəaliyyətini rəhbərlik və koordinasiya etmək, müəyyən edilmiş SLA və KPI hədəflərinə uyğunluğu təmin etmək.
- Obyektlərin vəziyyətinə mütəmadi baxış keçirmək, problemləri müəyyənləşdirmək və vaxtında düzəldici tədbirləri həyata keçirmək.
- SƏTƏM tələblərinə, təhlükəsizlik prosedurlarına və şirkət siyasətlərinə tam riayət edilməsini təmin etmək.
- İcarəçilər/sakinlər tərəfindən daxil olan sorğulara, şikayətlərə və eskalasiyalara operativ və peşəkar şəkildə cavab vermək.
- Büdcə planlaşdırılması, resursların optimallaşdırılması və davamlı inkişaf təşəbbüslərində birbaşa rəhbərinə dəstək göstərmək.
- Texniki xidmət qrafikləri, insident hesabatları və digər əməliyyat sənədlərinin dəqiq və aktual qeydiyyatını aparmaq.
- Əməliyyat göstəricilərinə əsasən mütəmadi performans hesabatları hazırlamaq və təqdim etmək.
Tələblər
- Mühəndislik, Menecment və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi.
- Bina və obyektlərin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə təcrübə.
- Böyük və multifunksional komandaların və üçüncü tərəf xidmət göstərənlərin idarə edilməsində dərin təcrübə.
- Güclü təşkilatçılıq, kommunikasiya və problem həll etmə bacarıqları.
- Müstəqil işləmək, çoxsaylı tapşırıqları idarə etmək və dinamik mühitə uyğunlaşmaq qabiliyyəti.
- CAFM sistemləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur.
Vakansiya növü - Tam ştat
Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Missiyamız Daşınmaz əmlak sektorunda gözləntiləri üstələyən xidmət və peşəkarlıq səviyyəsini təmin etmək. Müştəri məmnuniyyətini qarşılamaq, daim yenilikçi olmaq, yüksək standartlar, düşünülmüş sistemlər və iş səmərəliliyinə önəm vermək. Vizyonumuz Azərbaycanda bir nömrəli daşınmaz əmlak şirkəti olaraq bu sahədə mümkün olan ən yüksək standartlara nail olmaq.
Facility Management Group — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


