Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
10 avqust 2026

Vakansiya haqqında

Vəzifənin ümumi təsviri:

  • Briqadir tikinti sahəsində gündəlik iş prosesinin təşkilinə, briqadanın fəaliyyətinin koordinasiyasına və tikinti işlərinin layihə, texniki tələblər və keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilməsinə cavabdehdir. Bu vəzifə işçilər arasında tapşırıqların bölüşdürülməsini, işlərin vaxtında tamamlanmasına nəzarəti, tikinti materiallarının səmərəli istifadəsini və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin edir. Eyni zamanda, sahədə yaranan texniki və təşkilati məsələlərin operativ həllinə dəstək verir və görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim edir.

Ümumi Tələblər

  • Tikinti sahəsində ən azı 3 il briqadir və ya oxşar vəzifədə iş təcrübəsi.
  • Oxşar sahədə ali təhsil
  • Sürücülük vəsiqəsi
  • Tikinti proseslərini və materiallarını yaxşı bilmək.
  • Komandanı idarəetmə və təşkilatçılıq bacarığı.
  • Layihə oxuma və texniki sənədlərlə işləmək bacarığı (üstünlükdür).
  • Məsuliyyətli, intizamlı və operativ qərarvermə bacarığı.

İş Haqqında Məlumat

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində briqadanın gündəlik işini təşkil və idarə etmək.
  • İşçilər arasında tapşırıqları bölüşdürmək və işin vaxtında icrasına nəzarət etmək.
  • Tikinti işlərinin layihəyə, texniki tələblərə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsini təmin etmək.
  • Tikinti materiallarının düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
  • Görülən işlər barədə rəhbərliyə gündəlik və ya həftəlik hesabat vermək.
  • Sahədə yaranan texniki və təşkilati problemlərin operativ həllinə dəstək olmaq.
  • İş qrafikinə və layihə müddətlərinə riayət olunmasına nəzarət etmək.

İş şəraiti

  • İş yeri: İmişli
  • İş qrafiki: həftədə 5 gün
  • Nahar şirkət tərəfindən təmin edilir.

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir. "Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.

Azersun Holding — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnşaat briqadiri
Müraciət et