Təhlükəsizlik nəzarətçisi

CineMastercard

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
650–650 ₼
Yerləşdirilib
18 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
18 iyul 2026

Vakansiya haqqında

CineMastercard kinoteatr şəbəkəsindən vakansiya: Təhlükəsizlik nəzarətçisi tələb olunur

Vəzifə öhdəlikləri:
– SƏTƏMM menecerinin göstərişlərini müzakirəsiz və dəqiq yerinə yetirmək;
– Cəmiyyət ərazisində daxili davranış qaydalarına riayət etmək;
– Baş təhlükəsizlik nəzarətçisi tərəfindən təhkim olunmuş ərazidə xidmət aparmaqla Cəmiyyət ərazilərinin və əmlakının təhlükəsizliyini təmin etmək;
– Növbə ərzində hər hansı şəxs tərəfindən törədilən Azərbaycan Respublikasının qanununa və cəmiyyətin daxili qaydalarina zidd hərəkətlərin baş verməsinin qarşısını almaq;
– CCTV otaqlarına daxil olmağa icazəsi olmayan əməkdaşların və eləcə də kənar şəxslərin otağa daxil olmasının qarşısını almaq;
– İş günü ərzində mütəmadi olaraq iş ərazisinin təhlükəsizliyinə nəzarət etmək, ərazidə aparılan işlərin sağlamlığın, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsini qorunmaqla yerinə yetirilməsinə nəzarət etmək;
– Cəmiyyət daxilində təhlükəsizlik, sağlamlıq və əməyin təhlükəsizliyi sisteminin işlək vəziyyətdə saxlanılması prosesinin icrasına nəzarət etmək;
– Hər hansı bir hadisə baş verərsə dərhal baş təhlükəsizlik nəzarətçisinə məlumat verərməklə düzəliş tədbirlərinin həyata keçirilməsini təmin etmək və baş təhlükəsizlik nəzarətçisinin və ya departament rəhbərinin göstərişlərinə əsasən insidentin fəsadlarının aradan qaldırılmasında iştirak etməklə nəzarət etmək;
– Hər növbə ərzində təhlükəsizlik nəzarətçisinin yerinə yetirdiyi işləri və istənilən hadisələrin tam əhatə olunmasını əks etdirən gündəlik, həftəlik və aylıq raportlar tərtib edərək yazılı şəkildə baş təhlükəsizlik nəzarətçisinə təqdim etmək.
– Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsi və yanğından müdafiə avadanlığının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
– Təvhil təslim prosesini praktik olaraq həyata keçirmək (əraziyə birlikdə (təhvil alan və təhvil verən) baxış keçirməklə) və ərazinin tam təhlükəsiz olmasına eləcə də təhvil təslim jurnalında qeyd olunanların yerində olamsına əmin olmaq;
– Yanğınsöndürən balonların və ilk tibbi yardım qutularının gündəlik yoxlanışını həyata keçirərək müvafiq jurnallarında (yanğın təhlükəsizliyi təhvil təslim jurnalı) qeydiyyatını aparmaq;
– SƏTƏM departamenti tərəfindən cəmiyyət əməldaşlarına keçiriləcək təlim və iclasların təşkilində iştirak etmək;
– Baş verə biləcək (Near miss) və ya baş vermiş hadisə (İnsident) barədə baş təhlükəsizlik nəzarətçisinə operativ və dəqiq məlumat vermək və yazılı raportlar tərtib etmək;
– Fövqəladə hal zamanı (yanğın və s.) SƏTƏM menecerinin sərəncamına keçərək onun tapşırıqlarını müzakirəsiz yerinə yetirmək;

WHATSAPP KANALIMIZA ABUNƏ OLUN TELEGRAM KANALIMIZA ABUNƏ OLUN

Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ilə kimi

İş şərtləri:
– İş qrafiki: Qarışıq qrafik
– İş vaxtı: 10 saat iş, 24 saat istirahət
– İş yeri: Sumqayıt

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 650 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat


Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


5/5 - (1 səs)

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
650–650 ₼
Təhlükəsizlik nəzarətçisi
Müraciət et