Vakansiya haqqında
Şirkətimizdə “Smeta üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri:
- Layihə cizgiləri əsasından təmir tikinti iş həcmləri cədvəlin tərtib edilməsi;
- Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.);
- Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması;
- Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi;
- Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət;
- Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsini icra edir;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsinə nəzarət edir və təklif verir;
- Sənədlərin hazırlanması zamanı mühəndis layihənin həyata keçirilməsi üçün zəruri olan materialları və komponentləri seçir, texniki şərtləri (BOM), kiçik texniki heyət üçün quraşdırma və konfiqurasiya təlimatlarını tərtib edir (BOQ qiymətləndirmə əməliyyatını icra edir );
- Tikinti layihələrində texnika və material sərfiyyat cədvəllərinin tərtib edilməsi;
- İş həcmlərin nəzarət edilməsi, layihədə dəyişiklər baş verərsə iş həcmləri cədvəllərində muvafiq düzəlişlərin tərtib edilməsi;
- Tikinti təkliflərin təqdim edilməsində iş həcmlərin yoxlanılması və təsdiq edilməsi;
- İcra edilmiş / görülən işlərin təhvil təslim aktların (Forma-2) tərtib edilməsi;
- Podratçılar, dizaynerlər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin müvəffəqiyyətini təmin etmək.
- Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək.
İş barədə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən təqdim olunur;
- Əmək haqqı: 2500-3000 AZN.
- İş yeri: Səbail rayonu, Hacıbabayevlər,4C
Namizədə tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- Müvafiq sahə üzrə 5 (beş) il iş təcübəsi;
- Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Microsoft Office proqramlarını (Excel,Word, Outlook), AutoCad mükəmməl səviyyədə bilməsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya (+99450) 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.
Şirkət haqqında
Azərbaycan Respublikasında böyük tikinti şirkətlərindən biri olan “Azman Holding”, yüksək ixtisaslı mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət peşəkar komanda ilə fəaliyyət göstərən, əsasən ictimai əhəmiyyətli bina…
Azman Holding — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti sahəsinin idarə olunmasını həyata keçirir və ən az 15 il təcrübə tələb olunur.
Tikinti sahəsində iş prosesini idarə edir və inşaat mühəndisliyi təhsili tələb olunur
Tikinti layihələrinin sahədə icrasını təşkil edir və 15 ildən çox təcrübə tələb olunur




