Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
“Nardaran İnvest” MMC-nin Tikinti Planlama Departamentinin Smeta şöbəsi üçün Smetaçı-mühəndis vakansiyası üzrə namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri (ilkin və tam inşaat smetası) üzrə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri və cədvəlləri analiz etmək;
Layihədə büdcə risklərini analiz etmək və bu analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verdikdə smeta sənədlərinə düzəlişlər aparmaq;
Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;
Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq, onların normativlərə riayət etməsinə nəzarət etmək və görülən işlər üzrə aktlar hazırlamaq;
Tikinti-quraşdırma və təmir işlərinin dəyərinin optimallaşdırılması üçün tədbirlər görmək;
Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış) iş həcmlərinin və materialların hesablanması, cədvəllərin hazırlanması;
Obyektlərdə (sahədə) ölçü işlərinin aparılması;
Smetaların bazar qiymətləri əsasında hesablanması;
Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi);
Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması.
Tələblər:
Ali təhsil (mühəndislik ixtisası, inşaat mühəndisliyi arzu olunandır);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Bəy namizədlərə üstünlük veriləcəkdir;
Rus dili biliyi üstünlük hesab olunur
Layihə-smeta işlərinin hazırlanması üzrə normativ-hüquqi sənədləri bilmək;
Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi bacarığı;
Titul vərəqələrinin hazırlanması, nasazlıqlar cədvəlinin tərtibi və digər texniki sənədlərin hazırlanma qaydalarını bilmək;
İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;
MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD proqramlarında işləmə bacarığı;
Analitik düşüncə, dəqiqlik və operativlik.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 5 günlük;
Koroğlu m/st-dan servis xidməti;
Yemək şirkət tərəfindən təmin edilir;
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

