Tikinti layihələri üzrə smeta sənədlərini hazırlayır və layihə-smeta işləri üzrə 3 il təcrübəsi var
Vakansiya haqqında
Nə təklif edirik?
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Könüllü tibbi siğorta (ailə paketi);
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Layihə cizgiləri və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması (Quantity Take-Off) və BOQ (Bill of Quantities) hazırlanması;
- Cizgi və texniki sənədlərlə smeta məlumatlarının müqayisə edilməsi;
- Təqdim olunmuş smetalarda iş həcmlərinin, material və avadanlıqların, tətbiq edilmiş qiymətlərin və digər xərclərin təhlil edilməsi;
- İnşaat, elektrik, mexaniki, HVAC, santexnika, zəif axın və digər mühəndislik işləri üzrə smetaların qiymətləndirilməsi;
- Hazırlanmış smeta sənədlərinin texniki və maliyyə baxımından qiymətləndirilməsi;
- Smeta üzrə qiymətlərin bazar qiymətləri ilə müqayisə edilərək əsaslandırılmış qiymətləndirmənin aparılması;
- Podratçılar tərəfindən təqdim olunan smeta və kommersiya təkliflərinin obyektiv və müqayisəli şəkildə qiymətləndirilməsi;
- Layihənin ilkin büdcəsinin və hazır smeta əsasında ehtimal olunan yekun dəyərinin müəyyənləşdirilməsi.
Namizədə aid tələblər:
- Ali təhsil – İnşaat mühəndisliyi, Smeta mühəndisliyi, İnşaat iqtisadiyyatı, Mühəndislik iqtisadiyyatı və ya digər müvafiq mühəndislik ixtisası üzrə
- Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
- Smeta, büdcə hesablamaları, BOQ və iş həcmləri (Quantity Take-Off) üzrə bilik və praktiki təcrübə;
- İnşaat, elektrik, mexaniki, HVAC, santexnika və digər mühəndislik sistemləri üzrə praktiki bilik;
- MS Office, xüsusilə Excel, Google Sheets, Power BI və AutoCAD proqramlarında işləmə bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri: Bakı (işin tələbinə uyğun olaraq namizəd Azərbaycan Respublikasının müxtəlif rayonlarına ezam olunacaq).
Hörmətli namizəd, xahiş edirik CV formanızı mövzu bölməsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Foton MMC – Dəyər üzərində qurulmuş xidmət mədəniyyəti Foton MMC, yüksək səviyyəli bina idarəetməsi və istismarı xidmətlərini təmin edən ixtisaslaşmış şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş rejimi həftədə 5 gündür.
İş yeri Bakı şəhəridir, iş tələbinə uyğun olaraq müxtəlif rayonlara ezam olunma olacaq.
Ali təhsil və müvafiq sahədə minimum 7 il iş təcrübəsi tələb olunur.
MS Office, xüsusilə Excel, Google Sheets, Power BI və AutoCAD proqramlarında işləmə bacarığı tələb olunur.
Smeta sənədlərinin texniki və maliyyə baxımından qiymətləndirilməsini aparır.
İnşaat, elektrik, mexaniki, HVAC, santexnika və digər mühəndislik sistemləri üzrə praktiki biliklər tələb olunur.
CV-ni mövzu bölməsində “Smeta mühəndisi” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSmeta üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti və təmir işləri üzrə smetaların hazırlanmasını həyata keçirir, 3 il təcrübə tələb olunur.
Tikinti layihələrinin dəyərini hesablamaq və tender qiymətləri hazırlamaq üçün təcrübəli mühəndis.
Layihə sənədlərini təhlil edir, smetalar hazırlayır və tikinti layihələrində 3 il təcrübəsi tələb olunur.



