Layihə sənədlərini hazırlayır, smeta və AutoCAD bilikləri ilə 3 il təcrübəsi var.
Vakansiya haqqında
Luxstroy Construction həyata keçirdiyi tikinti layihələri üzrə təcrübəli və məsuliyyətli Smeta mühəndisi axtarır.
İş qrafiki:
- Bazar ertəsi–Cümə: 10:00–18:00
- Şənbə: 10:00–14:00
- Bazar günü: istirahət günü
Şirkət: Luxstroy Construction
Məşğulluq növü: Tam ştat
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
Müraciət qaydası:
Vəzifə öhdəlikləri
- Memarlıq, konstruktiv və mühəndis layihələri əsasında smetaların hazırlanması;
- Layihələr üzrə iş həcmlərinin hesablanması və material sərfiyyatının müəyyən edilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların, Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması;
- Podratçı və subpodratçılar tərəfindən təqdim edilən smeta və görülmüş iş hesabatlarının yoxlanılması;
- Tikinti sahələrindən daxil olan texniki hesabatların təhlil edilməsi;
- Tikinti-quraşdırma və təmir işləri üzrə qiymət təkliflərinin hazırlanması və təhlili;
- Razılaşdırılmış qiymətlər əsasında yekun smeta sənədlərinin tərtib edilməsi;
- Layihə, spesifikasiya, iş həcmləri və smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən olunması;
- Layihədə nəzərdə tutulmayan əlavə işlərin və dəyişikliklərin hesablanması;
- Material, avadanlıq və görüləcək işlər üzrə bazar qiymətlərinin araşdırılması;
- Layihə xərclərinin planlaşdırılması və büdcəyə uyğunluğunun yoxlanılması;
- Smeta sənədlərinin tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında hazırlanaraq təqdim olunması.
Tələblər
- Tikinti-quraşdırma və təmir işləri üzrə smeta hazırlamaq bacarığı;
- Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması üzrə təcrübə;
- Tikinti norma və qaydaları, layihə-smeta sənədlərinin hazırlanma prinsipləri barədə bilik;
- Memarlıq, konstruktiv və mühəndis layihələrini oxumaq bacarığı;
- Microsoft Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
- AutoCAD proqramında işləmək bacarığı;
- MS Project və 1C proqramlarını bilmək üstünlükdür;
- Analitik düşünmə və dəqiq hesablama bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
- Komandada işləmək və müəyyən olunmuş vaxt çərçivəsində tapşırıqları yerinə yetirmək bacarığı
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–2 000 ₼
Yerləşdirilib
24 avqust 2026
Şirkət haqqında
Luxstroy MMC
Construction company · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1 500–2 000₼
Müraciət etAsan müraciətAsan müraciət
2 000–2 500₼
İnşaat mühəndisliyi üzrə baş mühəndis kimi ofis və smeta mühəndisliyi təcrübəsi tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
1 500₼
Tikinti layihələrinin smeta və maya dəyərini hesablamaq üçün 2 il təcrübəsi olan mütəxəssis.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti layihələrinin smeta sənədlərini hazırlayır və qiymətləndirmə üzrə 5-10 il təcrübəsi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət

