Tikinti işlərinin keyfiyyətinə nəzarət edir və ISO standartları üzrə təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Yüksək təzyiqli və yüksək temperaturlu boru sistemləri üçün CAESAR II və ya ekvivalent proqram təminatından istifadə etməklə detallı statik və dinamik boru stres analizlərini həyata keçirmək,
- Təhlükəsizlik və normativ tələblərə uyğun layihələrin təmin edilməsi məqsədilə istilik genişlənməsi, çəki, təzyiq qüvvəsi, külək və seysmik təsirlər, eləcə də avadanlıq nozllarına düşən yükləri təhlil etmək,
- Dayaqların layihələndirilməsi üçün stres analiz hesabatlarını, nozl yüklərinin uyğunluq yoxlamalarını və yük xülasəsi hesabatlarını hazırlamaq;
- Konstruksiya və İnşaat Mühəndisliyi komandaları ilə koordinasiyalı şəkildə yaylı asqılar, sabit dayaqlar, məhdudlaşdırıcı dayaqlar və ankerlər daxil olmaqla boru dayaqlarının layihələrini hazırlamaq və nəzərdən keçirmək;
- Boru sistemlərinin eskizlərini və marşrutlarını elastiklik, dayaqların düzgün yerləşdirilməsi və inşaolunabilmə baxımından qiymətləndirmək;
- Kompensatorlar, sabit və sürüşən dayaqlar, eləcə də mexaniki avadanlıqlarla əlaqəli təchizatçı sənədlərini nəzərdən keçirmək;
- Stres-kritik boru xətlərinin düzgün marşrutlandırılmasını və boru dayaqlarının adekvatlığını təmin etmək məqsədilə boru sistemləri mühəndisləri və digər mühəndislik sahələri ilə koordinasiyada olmaq;
- 3D model baxışları, inşaolunabilmə təhlilləri və layihələndirmə yoxlamaları zamanı texniki rəy və məlumat təqdim etmək;
- SDM-in Müəssisə İstismarı, Texniki Təmir və ya Bütövlük və Etibarlılıq komandalarından daxil olan stres analizi və boru dayaqları ilə bağlı sahə texniki sorğularını həll etmək;
- Layihə spesifikasiyalarına, zavod tələblərinə, ASME B31.3, API, ISO daxil olmaqla beynəlxalq normalara və tətbiq olunan milli standartlara uyğunluğu təmin etmək;
- Boru sistemlərində stres analizi ilə əlaqəli material və avadanlıqlar üzrə satınalmalar üçün texniki aydınlaşdırmalarda və təchizatçıların qiymətləndirilməsi prosesində iştirak etmək;
- Mühəndislik podratçılarından SDM-in mərkəzləşdirilmiş sənəd sisteminə gələn layihə sənədlərini yoxlamaq və rəy bildirmək;
Tələblər
- Mexanika Mühəndisliyi və ya bənzər texniki sahə üzrə bakalavr dərəcəsi.
- Boru Sistemlərində Stres Analizi üzrə texniki təlim biliyi (arzuolunandır).
- Namizədin neft və qaz sənayesinin mühəndislik sahəsində 8 il iş təcrübəsi olmalıdır;
- Neft və qaz sənayesində boru dayağı sistemlərinin layihələndirilməsi, boru sistemlərinin stres analizi üzrə minimum 5 il iş təcrübəsi;
- ASME, QOST və API standartları barədə bilik və onların sənaye layihələrində tətbiqi üzrə praktiki təcrübə
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Neft və qaz sənayesində 8 il iş təcrübəsi tələb olunur.
CAESAR II və ya ekvivalent proqram təminatı istifadə olunur.
ASME B31.3, API, ISO və QOST standartları tətbiq olunur.
Mexanika Mühəndisliyi və ya bənzər texniki sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarStress mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Layihə büdcələrinin icrasına nəzarət edir və EVM metodologiyası üzrə təcrübəsi olmalıdır.
Elektrik mühəndisi layihəyə texniki rəhbərlik edir və elektrik montaj işlərini idarə edir.
Piping mühəndisliyində liderlik edir və sənaye standartlarına uyğun layihələndirmə bacarığı tələb olunur


