Vakansiya haqqında

İş yeri: Pirallahıda yerləşən zavoda

İş qrafiki: Növbəli

Vəzifə öhdəlikləri

  • Termoplastik inyeksiya maşınlarının iş prosesinə nəzarət etmək və istehsal parametrlərini optimallaşdırmaq;
  • Qəliblərin maşına quraşdırılması, sınaqdan keçirilməsi və istehsala hazırlanmasını təşkil etmək;
  • Qəliblərin texniki vəziyyətinə nəzarət etmək, yaranan problemləri müəyyənləşdirmək və həll etmək;
  • Temperatur, təzyiq, inyeksiya sürəti, soyutma müddəti və digər proses parametrlərini tənzimləmək;
  • Plastik detallarda yaranan qüsurları (çat, deformasiya, yanıq, hava izi, çapıq, ölçü uyğunsuzluğu və s.) analiz etmək və səbəbini müəyyənləşdirmək;
  • Yeni qəliblərin sınaqlarını həyata keçirmək və sınaq nəticələrini təhlil etmək;
  • Qəlib konstruksiyasının istehsal prosesinə uyğunluğunu qiymətləndirmək və təkmilləşdirmələr təklif etmək;
  • Qəliblərin texniki xidməti, təmiri və profilaktik baxışlarının təşkilində iştirak etmək;
  • İstehsal prosesində məhsuldarlığın artırılması, brakın və material itkisinin azaldılması istiqamətində təkliflər hazırlamaq;
  • İstehsal, keyfiyyət və texniki xidmət komandaları ilə koordinasiyalı işləmək;
  • Texniki sənədləri, proses parametrlərini və qəlib üzrə məlumatları hazırlamaq və yeniləmək;
  • Yeni məhsul və yeni qəliblərin istehsala tətbiqində iştirak etmək.

Tələblər

  • Ali texniki təhsil — Mexanika mühəndisliyi, Maşınqayırma, İstehsalat mühəndisliyi, Polimer/Plastik mühəndisliyi və ya əlaqəli ixtisas;
  • Termoplastik inyeksiya maşınları və plastik istehsal prosesləri üzrə praktiki bilik;
  • Plastik inyeksiya qəliblərinin quruluşu və iş prinsipi haqqında məlumat;
  • Qəlib sınaqları və proses parametrlərinin tənzimlənməsi üzrə təcrübə;
  • Texniki çertyojları oxumaq bacarığı;
  • CAD proqramlarından (SolidWorks, AutoCAD, NX və s.) istifadə bacarığı üstünlükdür;
  • Problemlərin kök səbəbini müəyyənləşdirmək və operativ həll etmək bacarığı;
  • İstehsalat mühitində işləmək bacarığı;
  • MS Office proqramlarını bilmək;
  • [2–3] il müvafiq iş təcrübəsi üstünlükdür.

Üstünlük hesab olunur

  • Injection molding / Plastic injection sahəsində təcrübə;
  • MoldFlow və ya digər qəlib simulyasiya proqramları üzrə bilik;
  • Hot runner, soyutma sistemi və ejektor sistemləri haqqında bilik;
  • SPC, FMEA, DOE və digər istehsal keyfiyyəti metodları haqqında məlumat;
  • Hidravlik və elektrik inyeksiya maşınları ilə iş təcrübəsi;
  • İngilis dili biliyi.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə və güclü problem həll etmə bacarığı;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • İstehsalat şəraitində operativ qərar qəbul etmək;
  • İnkişaf etməyə və yeni texnologiyaları öyrənməyə maraq.

Şirkət tərəfindən təklif olunur

  • əmək haqqı; 2500 Azn (net)
  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera inkişafı;
  • Müasir istehsalat mühitində çalışma imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: “Termoplast və Qəlib Mühəndisi”

Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 500 ₼
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
English
Son tarix
11 oktyabr 2026

Şirkət haqqında

Diamed CO
Medical Equipment Manufacturing · Baku
Diamed CO — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

DP World
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Texniki superintendant, texniki xidmətin planlaşdırılmasına nəzarət edir və mühəndislik dərəcəsi tələb olunur.

Team ManagementPerformance ManagementISO 45001Maintenance Management+9
Müraciət et
Nardaran İnvest
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Hüquqi sənədlərin hazırlanması və hüquqi məsələlərdə dəstək göstərmək üçün hüquqşünas tələb olunur.

Contract DraftingLabor LawLegal Document PreparationLegal Expertise+12
Müraciət etAsan müraciətAsan müraciət
Bir
JuniorBakı
Maaş göstərilməyib

Müştəri təcrübəsini təkmilləşdirmək üçün analitik düşüncəli UX/UI təcrübəçi axtarılır.

Customer Journey MappingData AnalysisTeamworkCustomer Research+4
Müraciət et
Bütün oxşar vakansiyalar
2 500 ₼
Termoplast və qəlib mühəndisi
Müraciət et