Kamera və siqnalizasiya sistemlərinin quraşdırılmasını və kabel çəkilişini həyata keçirir, 1-3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İşin təsviri
- Kamera müşahidə sistemlərinin (CCTV - IP/Analog) kabel çəkilişinə, quraşdırılmasına, sazlanmasına və proqramlaşdırılmasına nəzarət edilməsi və icrası;
- Yanğın və mühafizə siqnalizasiyası, girişə nəzarət (Access Control) sistemlərinin montajı, sensor, siren və mərkəzi panellərin qoşulması və tənzimlənməsi;
- Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi, Fiber Optik kabellərin qaynağı (splicing) və ölçülməsi işlərinin həyata keçirilməsi;
- Kabel kanalları, borular və metal konstruksiyaların montajının keyfiyyətinə və layihəyə uyğunluğuna nəzarət edilməsi;
- NVR, DVR, switch, PoE switch, access point və digər şəbəkə avadanlıqlarının fiziki quraşdırılması, IP ünvanlanması və konfiqurasiya olunması;
- Sistemlərin yekun testinin aparılması, mürəkkəb texniki nasazlıqların dərhal diaqnostikası və aradan qaldırılması;
- Layihə və montaj sxemlərinə dəqiq riayət olunmasını təmin etmək, zəruri hallarda sxemlərə texniki düzəliş təkliflərinin təqdim edilməsi;
- Obyektdə çalışan kiçik texnik və texniklərin iş bölgüsünün aparılması, onların işinə yönəldici nəzarətin olunması;
- Görülmüş işlər, layihənin gedişatı və yekun sınaq nəticələri barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 6 günlük iş həftəsi;
- Əmək haqqı 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Tələblər:
- Kamera, siqnalizasiya və zəif cərəyan sistemlərinin quraşdırılması və tənzimlənməsi sahəsində 2-3 il iş təcrübəsi;
- Müxtəlif brendlərin (Hikvision, Dahua, Honeywell və s.) IP avadanlıqları və proqram təminatı ilə sərbəst işləmək bacarığı;
- Şəbəkə sistemləri (LAN/WAN, IP konfiqurasiya, Router/Switch tənzimləmələri) üzrə praktiki biliklər;
- Layihə, çertyoj və montaj sxemlərini sərbəst oxumaq və təhlil etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur
Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
900–1 100 ₼
Yerləşdirilib
24 avqust 2026
Son tarix
24 sentyabr 2026
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
800–900₼
Müraciət etAsan müraciətAsan müraciət
500–700₼
Elektrik və aşağı cərəyan sistemlərinin quraşdırılmasını həyata keçirir, məsuliyyət və komanda işinə malikdir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Telekommunikasiya sahəsində şəbəkə texnologiyaları üzrə praktiki biliklər qazanır və texniki işləri yerinə yetirir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Su elektrik stansiyalarının istismarını idarə edir və texniki biliklərə malikdir.
Müraciət etAsan müraciətAsan müraciət