Sement zavodunda elektrik avadanlıqlarının təhlükəsiz işləməsini təmin edir, minimum 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Azertexnolayn MMC - Polietilen Məmulatlar Zavodu komandasına Elektrik (avtomatika) vəzifəsi üzrə yeni əməkdaş axtarır.
Tələblər
- Ali və ya peşə təhsili (müvafiq ixtisas üzrə)
- Müvafiq sahə üzrə sertifikat mütləqdir
- Minimum 2 il iş təcrübəsi
- Yaş: 28-45
- Cins: Kişi
Vəzifə öhdəlikləri
- Avadanlıqların elektrik sxemlərini oxumaq və tətbiq etmək
- Avadanlıqların texniki baxışını həyata keçirmək
- Elektrik qurğuları və avadanlıqlarının iş prinsiplərini bilmək
- Avadanlıqlarda yaranan elektrik nasazlıqlarını aradan qaldırmaq
- Elektrik mühərriklərinin iş prinsipini bilmək və onların bağlantı işlərini icra etmək
- Avadanlıqların elektrik və mexaniki hissələrinə texniki qulluq və təmir işlərini yerinə yetirmək
İş şəraiti
- Növbəli iş qrafiki
- Nahar şirkət tərəfindən təmin edilir
İş yeri: Sumqayıt şəhəri
Qeyd: Şirkət Sumqayıt şəhərində yerləşdiyi üçün Sumqayıt və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər CV-lərini “Elektrik (avtomatika)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
Müasir texnologiyalara əsaslanan və eksport potensialına malik yüksək keyfiyyətli sənaye məhsulların istehsalı. | ENG: "Azertexnolayn" LLC founded in February 2012, was the first resident in Sumgait Chemical Industrial Park ( SCIP) which…
Azertexnolayn — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sumqayıtda zavodun elektrik sistemlərinin fasiləsiz işini təmin etmək üçün 3-5 il təcrübə tələb olunur.
Enerji avadanlıqlarının fasiləsiz işini təmin edir və texniki baxış aparır.
Qazma qurğularının elektrik avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirir, 3 il təcrübə tələb olunur.



