Nəzarət sistemlərinin İT hissəsinin quraşdırılmasını və texniki komanda idarəetməsini həyata keçirir, 4 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsində işləmə qabiliyyətində olmasının təmini
- Növbə ərzində növbə rəisinin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirməlidir
- Növbə ərzində sexin nəzarət - ölçü cihazlarının etbarlı və düzgün işləməsinə cavabdehlik daşımaq
- Növbə ərzində təsdiqlənmiş qrafikə uyğun olaraq avadanlıqlara nəzarət etmək
- Avtomatika və elektronika avadanlılqları ilə bağlı problemləri diaqnostika etməyi bacarmalı və həlli yönündə qərar verilməsi
- TİQ və TTQ qaydalarına ciddi riayət etməklə lazım olduqda növbə rəisi ilə elektrik sexindəki əməliyyatları aparmaq
- Avtomatik idarəetmə və elektronika cihazlarında nasazlıq baş verdiyi zaman təmiri və yenidən işə salınmasını təmin etmək
Tələblər
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarını
- Yanğın təhlükəsizliyi qaydalarını
- YG, OG və AG elektrik avadanlıq-qurğularının istismarını (Generator, transformator, eleqaz açarları,ayrıcı, İGM və s. )
- PLC-lər haqqında ümumi məlumat
- Kontaktor və mühərriklərin bağlantı sxemlərini
- Elektrik avadanlıqlarına nəzarət
- Stansiyanın alçaq və yüksək gərginlikli elektrik sxemlərini
- Sabit və dəyişən cərəyan mənbələrinin sxemlərini
- UPS-lərin iş prinsipini və sxemlərini
- Tezlik çeviriciləri haqqında ümumi məlumat (ABB, Danfoss, Vacon NXS)
- Elektronika, nəzarət ölçü cihazlarını və avtomatika vasitələrini təyinatını, quruluşunu və onların işləmə prinsiplərini
- Aktuatorların növünə görə klapanlar, pnevmatik və elektrikli klapanlar, onların iş prinsipləri
- Əməliyyat ardıcıllığını
- Torpaqlama sistemləri haqqında ümumi məlumat
- Daxiliyanma mühərriklərinin iş prinsiplərini
- UNIC avtomatika sistemi və modulları haqqında ümumi məlumat
- Kompressorların iş prinsiplərini, istismar qaydalarını
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 950 ₼.
50 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Abşeron rayonundadır.
Əməkhaqqı 1040 manatdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMüraciət üçün son tarix 30 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Abşeron şəhərində digər açıq elanlar.
Zavod daxilində nasoslar və kompressorlarla işləyən elektromexanik axtarılır, elektrik bilikləri tələb olunur.
Layihə-smeta sənədlərinin hazırlanması və smeta işlərinin aparılması üçün texniki mühəndis axtarılır.
Mobil telefonların proqram təminatı və texniki problemlərini həll etmək üçün təcrübəli telefon ustası.

