Təmir və fit-out işlərinin icrasına nəzarət edir, 5 il obyekt təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Vəzifə və öhdəliklər
- Fiziki təhlükəsizlik sistemlərinin fasiləsiz və düzgün işləməsinə nəzarət etmək;
- CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq;
- Giriş kartları və giriş hüquqları ilə bağlı sorğuları icra etmək;
- Sistemlərin quraşdırılması, yenilənməsi və yenidən qurulması işlərində iştirak etmək;
- Görülən işlər və texniki problemlər üzrə qeydlər aparmaq.
Tələblər
- Təhsil: İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili.
- Təcrübə: CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi.
Texniki bacarıqlar:
- Təhlükəsizlik sistemləri üzrə biliklər: CCTV (videomüşahidə), ACS (Girişə nəzarət), Domofon, Turniket, Yanğın/Mühafizə siqnalizasiyası və digər sistemlərin qurulması və iş prinsiplərini bilmək;
- Vendor təcrübəsi: Dahua, Hikvision, Hiwatch, ZKTeco kimi aparıcı brendlərin avadanlıqları və proqram təminatları (CMS/VMS) ilə işləmək;
- Texniki dəstək: Sistemlərdə baş verən texniki nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq;
- İstifadəçi idarəetməsi: Giriş kartlarının proqramlaşdırılması, istifadəçilərin sistemdə qeydiyyatı və giriş hüquqlarının tənzimlənməsi;
- Şəbəkə bilikləri: IP ünvanlama, şəbəkə avadanlıqlarının sazlanması və IP şəbəkələri üzrə bazis biliklərə malik olmaq.
Səriştələr:
- Problemləri təhlil etmək və həll yolu tapmaq;
- Məsuliyyətli və diqqətli olmaq;
- Texniki sorğulara operativ reaksiya vermək;
- Komandada işləmək və ünsiyyət qurmaq;
- İşləri planlaşdırmaq və prioritetləşdirmək.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.
48 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
CCTV, ACS, turniket, domofon və siqnalizasiya sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Əmək haqqı müsahibə zamanı təyin olunacaq.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Mobil telefonların proqram təminatı və texniki problemlərini həll etmək üçün təcrübəli telefon ustası.
İstehsalat avadanlıqlarının avtomatlaşdırılması və PLC proqramlaşdırılması üzrə mühəndis işləyir, 5 il təcrübə tələb olunur.
Tikinti layihələrinin sənədləşdirilməsi və hesabatların hazırlanması üçün texniki ofis mühəndisi tələb olunur.




