Tikinti sahəsinin idarə olunmasını həyata keçirir və ən az 15 il təcrübə tələb olunur.
Vakansiya haqqında
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Layihənin icra planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
- Tikinti-quraşdırma işlərinində, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri heyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
- Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək,
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
- Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
- Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;
- Tikinti sahəsində anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
- İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;
Xüsusi tələblər
- Yaş: 45 - 60 yaş;
- Müvafiq sahə üzrə ali təhsil;
- Uzunmüddətli ezamiyyətlərə hazır olmalı;
- Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 15 illik təcrübə(azi 7 ili məsul vəzifələrdə);
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
- Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
- Layihələri oxumağı və təhlil etməyi bilməli;Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
- Komputer bilikləri: MS Office ( Word, Excell), Auto Cad proqramlarında işləməyi bilməli;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş rejimi: 6 günlük;
Yerləşmə
Bakı
Təcrübə
15+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Şirkət haqqında
ArchiCO
Tikinti, Mühəndislik xidmətləri · Bakı
ArchiCO MMC 2009 –cu ildə yaranmışdır. İlkin illərdə layihə-mühəndislik xidmətləri həyata keçirən Şirkətimiz, az sonra tikintilərdə müstəqil texniki nəzarət – inspeksiya xidmətlərini və ümumi tikinti xidmətlərini göstərməyə başladı.
ArchiCO — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti layihələrinin sahədə icrasını təşkil edir və 15 ildən çox təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti layihələrində texniki nəzarət və komanda idarəçiliyi bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Avtomobil yollarının tikintisində podratçıların işlərini koordinasiya etmək və icrasını izləmək.



