Layihənin icrası üçün texniki sənədlərin hazırlanması və tikinti işlərinin maliyyə hesabatlarının yoxlanılması tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Cəmiyyətin balansında olan kənd təsərrüfatı texnikası, aqreqat, nəqliyyat vasitələri və avadanlıqlarının texniki istismarının, sazlığının və səmərəli istifadəsinin təmin edilməsi;
- Texnikaların dövri texniki xidmət, profilaktik baxış və təmir qrafiklərinin hazırlanması və icrasına nəzarət olunması;
- Aqrotexniki tədbirlərin (şum, səpin, dərmanlama, məhsul yığımı və s.) v axtında və keyfiyyətlə həyata keçirilməsi üçün texnika parkının operativ planlaşdırılması və bölüşdürülməsi;
- Ehtiyat hissələri, sürtkü yağları və yanacaq-sürtkü materiallarına (YSM) olan tələbatın müəyyənləşdirilməsi, sifarişlərin formalaşdırılması və normativlərə uyğun xərcinə nəzarət edilməsi;
- Texnikaların GİS-monitorinq sistemləri vasitəsilə hərəkətinə, yanacaq sərfiyyatına və iş saatlarına operativ nəzarətin həyata keçirilməsi;
- İşçi heyətinin (mexaniklər, sürücülər, texniki heyət) əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət olunması;
- Texniki nasazlıqların, qəza və boşdayanmaların səbəblərinin təhlil edilməsi və qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
- Regionlarda yerləşən istehsalat sahələrindəki texnika parkının vəziyyəti ilə bağlı monitorinqlərin keçirilməsi və hesabatların rəhbərliyə təqdim edilməsi;
- Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi;
- Xidməti zərurətlə əlaqədar ehtiyac yaranarsa regionlara ezamiyyələrdə iştirak edilməsi
Tələblər
- Təhsil: Ali (Nəqliyyat, mexanika və ya logistika);
- İş təcrübəsi: Texnikalarının idarə olunması, nəqliyyat və ya mexanizasiya sahəsində baş mütəxəssis kimi ən azı 2 il iş təcrübəsi (aqrar sektorda təcrübə üstünlükdür);
- Sertifikatlar: Sahə üzrə müvafiq sertifikatlara malik namizədlərə üstünlük verilir;
- Kənd təsərrüfatı texnikaları, aqreqatların quruluşu və iş prinsipi haqqında dərin biliklər;
- Yanacaq və ehtiyat hissələrinin sərfiyyatı norma və normativlərini bilməsi;
- MS Office (xüsusilə MS Excel) proqramlarından sərbəst istifadə bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında biliklər.
- Analitik düşünmə, operativ qərarverim və problemləri həlletmə bacarığı;
- Planlaşdırma və resursları səmərəli idarəetmə qabiliyyəti;
- Liderlik, komanda ilə işləmə və güclü kommunikasiya bacarıqları;
- Dəqiqlik və detallara diqqət qabiliyyəti.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.
49 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Texnikaların idarə olunması, nəqliyyat və ya mexanizasiya sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Ali təhsil (Nəqliyyat, mexanika və ya logistika) tələb olunur.
MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı tələb olunur.
Sahə üzrə müvafiq sertifikata malik namizədlərə üstünlük verilir.
Kənd təsərrüfatı texnikaları, ehtiyat hissələri və yanacaq sərfiyyatı normativləri haqqında dərin biliklər tələb olunur.
Namizədlər sənədlərini e-mail vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Təmir və fit-out işlərinin icrasına nəzarət edir, 5 il obyekt təcrübəsi tələb olunur.
Klinikalarda və kosmetologiya mərkəzlərində avadanlıqların quraşdırılması və texniki baxımına dəstək verir, elektronika bilikləri tələb olunur.
Nəzarət sistemlərinin İT hissəsinin quraşdırılmasını və texniki komanda idarəetməsini həyata keçirir, 4 il təcrübə tələb olunur.

