Yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularına texniki xidmət göstərmək Mühafizə qurğularının selektiv işləmə sxemini tərtib etmək üçün müvafiq tədbirlər görmək Mühafizə avadanlıqlarının aylıq, illik təmir qrafiklərini tərtib etmək, profilaktik yoxlama aparmaq; İstismara aid direktiv materiallarda göstərilən tədbirlərin vaxtında yerinə yetirilməsi Rele mühafizə və avtomatika qurğularında qoyuluş qiymətlərinin qoyulması və tənzimlənməsi İstismarda olan bütün mühafizələrin iş prinsipini, yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularının və dövrələrin sxemlərini qurmaq Qəza rejimləri üçün mühafizənin qoyuluş qiymətləri,təlimatlarının hazırlanması Yarımstansiyada baş verən qəzaların, işdə imtinaların və başqa nasazlıqların hesabatının aparılması və araşdırılması, istehsalat xidmətləri və müfəttişliklə birlikdə əks-qəza tədbirlərinin tərtib edilməsi və onların göstərilən müddətdə yerinə yetirilməsi Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi Mürəkkəb hissələrinin bərpası, çox mürəkkəb mühafizə panellərinin quraşdırılması, istənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi və avtomatika qurğularının bütün növlərinin təmiri Elektron-ölçü aparatları, osilloqraflar, yüksək tezlik ölçənləri və generatorları ilə işləmək Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi Mühəndisin rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması Rele mühafizəsi və avtomatika qurgularının saz vəziyyətdə olmasını təmin etməli