Usta (qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti)

SOCAR

Vakansiya haqqında

Əsas vəzifələr

  • Yerüstü qaz xəttlərinin inspeksiyasına əsasən yerində qaynaqla təmir işlərini həyata keçirmək;
  • İcra olunan işlərin sənədləşdirilməsi və aidiyyatı üzrə təqdim etmək;
  • Əvvəlcədən hazırlanmış qrafikə uyğun olaraq təmir işlərini (QPS, QTŞ payız- qış) aparılmasına nəzarət etmək;
  • Yerüstü qaz xəttlərinin yохlanılması zamanı qaz sızmaları, qaz xəttlərinin dayaqlardan düşməsi və titrəmə halları, əzilməsi, yоl verilməz əyilməsi, çökməsi, dayaqların zədələnməsi, bağlayıcı armaturların işlək vəziyyətdə оlmasını, elektrik хəttlərinin xəttlərin üstünə düşmə halından mühafizə vasitələrinin mövcudluğunu, qaz xəttlərinin bərkidilməsi və rənglənməsini həyata keçirmək və məlumatların aidiyyatı üzrə ötürülməsini təmin etmək;
  • Yeraltı qəzaların aradan qaldırılması ilə bağlı işləri plana uyğun təşkil etmək;
  • Əvvəlcədən hazırlanmış illik plan əsasında orta təzyiqli qaz xəttlərinə və üzərindəki bütün növ avadanlıqlara (QPS, QTM, QTŞ və.s) texniki baxış keçirilməsinə nəzarət etmək;
  • Qaz şəbəkəsi avadanlıqlarının vizual olaraq xarici müayinə etmək;
  • Qaz şəbəkəsi avadanlıqlarının yararlılığının yoxlamaq;
  • Bütün yivli və qaynaq birləşmələrinin kipliyinin qazanalizator və ya digər vasitələrlə yoxlamaq;
  • Aşkar edilmiş qaz sızmalarının raportda qeydə etmək;
  • Yerinə yetirilmiş bütün texniki xidmət işləri və siyirtmələrin nasaz hissələri barədə məlumatların raportlarda səliqəli və oxunaqlı qeyd etmək;
  • Şəbəkə və qaz paylayıcı avadanlıqların cari vəziyyəti ilə bağlı rəhbərliyi məlumatlandıraraq illik Kapital Qoyuluşu planlarının formalaşmasını yerinə yetirmək;
  • Təbii qazdan istifadə qaydalarının tələbləri pozulduqda,o cümələdən qanunvericiliklə müəyyən edilmiş digər faktlar aşkar edildikdə təbii qazın verilməsinin dayandırılması, müvafiq qaydada sənədləşdirilməsi və qaz itkisinin qarşısının alınması üçün tеxniki tədbirlər görmək;
  • Texniki baxış zamanı ciddi nöqsanlar (qəza yarada bilən) aşkar olunduqda təcili dispetçer xidmətinə “104” nömrəli telefonuna və ya aidiyyəti rayonun qəza-dispetçer xidmətinə xəbər vermək;
  • Əvvəlcədən müəyyən edilmiş qrafiklərə uyğun olaraq yerüstü orta təzyiqli qaz xəttlərinə ildə 2 dəfə baxışın keçirilməsi və məlumatların İdarə üzrə müvafiq şöbəyə ötürülməsi;
  • Yerüstü aşağı təzyiqli qaz xəttlərinin inspeksiyasına əsasən yerində qaynaqla təmir işlərini görmək;
  • Podratçılar tərəfindən icra edilmiş layihələr bitdikdən sonra baxış keçirmək;
  • Qanunvericilikə uyğun olaraq məcburi və müraciət əsasında qaz təsərrüfat obyektlərini texniki müayinə etmək;
  • Texniki müayinə nəticələri və ya müraciət əsasında zəruri texniki xidmət işlərinin icra etmək;
  • Qaz təsərrüfatı obyektlərində tikinti işlərini aparmaq, tikili оbyеktlərdə yеnidənqurma, əsaslı və cari təmir işlərini yеrinə yеtirmək qaz sayğacları quraşdırılmasına nəzarət etmək;
  • İşçi pеrsоnalının qapalı sеxdə və açıq hava şəraitində müxtəlif avadanlıqların quraşdırılması və tеxnоlоji bоru xətlərinin çəkilməsi işlərini yerinə yetirmək;
  • Təhlükəli əmək şəraitli işlərin əvvəlcədən işlənib hazırlanmış planı, əməyin təşkili layihəsi və ya tapşırıq-icazə vərəqəsi əsasında aparmaq;
  • Ayrılan matеrialların və avadanlıqların səmərəli istifadəsinə nəzarət еtmək;
  • Xidmət işçilərinin iş оbyеktləri üzrə bölünməsini, işçi qüvvəsindən оbyеktlər üzrə səmərəli istifadəni təmin еtmək;
  • Sahənin qaz təsərrüfatının paspоrtlaşdırılmasının, hərəkətinin və tеxniki vəziyyətinin uçоtunu, digər sənədləşmə işlərini aparmaq, əmlakın və sənədlərin mühafizəsini təşkil еtmək, uyğun struktur bölmələrinə müəyyən оlunmuş qaydada sənədləşmə işlərini, hеsabatları aparmaq;
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etmək.

Tələblər

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-ci il 09 iyul tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
  • "Qaz xətlərinin sxemlərinin oxunması"nı.
  • "Tikinti norma və qaydaları"nı.
  • Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • orta ixtisas təhsili olduqda 3 il müvafiq sahə üzrə iş təcrübəsi,
  • ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 166 Şəhidlər Xiyabanı, Lənkəran
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 sentyabr 2026
Son tarix
9 oktyabr 2026
Baxış
32

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 875 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

49 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Baku
SOCAR — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki mühəndis üzrə Bakıda digər açıq elanlar.

As technologies
Middle · 4+ ilBakı

İT texnik

800–1 200₼

Nəzarət sistemlərinin İT hissəsinin quraşdırılmasını və texniki komanda idarəetməsini həyata keçirir, 4 il təcrübə tələb olunur.

Access control system installationIP camera system installationNetwork ConfigurationServer Management+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Elektromexanik elektrik və elektromexaniki avadanlıqların texniki xidmətini və təmirini həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.

Technical InspectionElectrical circuit adjustmentSafety Compliance
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Arash Company
MiddleBakı
Maaş göstərilməyib

Klinikalarda və kosmetologiya mərkəzlərində avadanlıqların quraşdırılması və texniki baxımına dəstək verir, elektronika bilikləri tələb olunur.

Technical MaintenancePreventive MaintenanceTraining Delivery
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Usta (qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti)
Müraciət et