Texniki işlər üzrə qrup rəhbəri

Foton

Yerləşmə
Azərbaycan
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
22 iyul 2026

Vakansiya haqqında

Nə təklif edirik?

• Könüllü tibbi siğorta (ailə paketi);
• “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
• İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İşin təsnifatı:

• HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və icra etmək;
• Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət komandaya rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək;
• İllik texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil işlərini aparmaq;
• Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin optimallaşdırılması məqsədilə texniki xidmət xərclərini izləmək;
• Yerli qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək;
• KPI göstəricilərini (sistemlərin işləkliyi, enerji sərfiyyatı, texniki xidmətə cavab müddəti və s.) izləmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
• Podratçılar və xidmət təminatçıları ilə işin təşkili, müqavilələrin idarə olunması və xidmət səviyyəsinə (SLA) nəzarət etmək;
• Obyekt idarəçiləri və layihə komandaları ilə əməkdaşlıq edərək texniki xidmət işlərini koordinasiya etmək;
• Kapital xərcləri planlaşdırmaq, aktivlərin istismar müddətini izləmək və texniki yenidənqurma layihələrinə dəstək göstərmək;
• Texniki sənədlərin, sertifikatların və hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək.

Tələblər:

• Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür);
• Texniki xidmət və ya müəssisə idarəçiliyi sahəsində minimum 10 illik ümumi iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 5 illik təcrübə;
• Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə olunması üzrə təcrübə;
• MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər;
• CMMS proqramları ilə iş təcrübəsi;
• Güclü liderlik, analitik düşünmə və ünsiyyət bacarığı;
• Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər;
• CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.

İş şəraiti:

• İş rejimi: 5 günlük
• İş yeri: Naftalan şəhəri

Şirkət haqqında

Foton
300-500

Foton MMC – Dəyər üzərində qurulmuş xidmət mədəniyyəti

Foton MMC, yüksək səviyyəli bina idarəetməsi və istismarı xidmətlərini təmin edən ixtisaslaşmış şirkətdir. Şirkətimizin əsas vəzifəsi – mükəmməl xidmət keyfiyyəti, operativ dəstək və təhlükəsizlik əsaslı yanaşma tətbiq etməklə regionlarda yerləşən yaşayış sahələrində sabit və davamlı idarəetmə mühiti yaratmaqdır.

Foton, öz fəaliyyətini maksimum diskretlik, peşəkarlıq və etibarlılıq prinsipləri üzərində qurur. Geniş fəaliyyət sahəsinə texniki istismar, təmizlik, landşafta qulluq, təhlükəsizlik, CAPEX/OPEX layihələrinin idarə olunması daxildir.

VİZYONUMUZ

Yaşayış binalarında kompleks idarəetmə və texniki istismarı effektiv sistem çərçivəsində birləşdirərək, təhlükəsizlik, dayanıqlılıq və operativliyi təmin edən innovativ və etibarlı xidmət modeli formalaşdırmaq.

MİSSİYAMIZ

İdarəetmədə olan yaşayış və xidməti sahələrdə fasiləsiz texniki istismar, təhlükəsizliyi yüksək məsuliyyət və peşəkarlıqla həyata keçirməklə funksional və dayanıqlı istismar mühitinin saxlanılmasına və davamlı inkişafına töhfə vermək.

FOTON MMC 400 nəfərdən ibarət ixtisaslı işçi heyəti ilə fəaliyyət göstərir.

Foton — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki işlər üzrə qrup rəhbəri
Müraciət et