Otaqların və səthlərin rənglənməsi, təmiri və texniki baxımını həyata keçirmək üçün təcrübəli texnik.
Vakansiya haqqında
PAŞA Property Management İstismar xidməti üzrə texnik (usta) vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Otaqlar (alçıpan konstruksiyalar və divar kağızları daxil olmaqla) və digər səthlərin rənglənməsi, bərpası və texniki baxımının həyata keçirilməsi;
- Boya işlərindən əvvəl səthlərin hazırlanması (şpaklyovka, zımpara, astar vurulması və s.);
- Müxtəlif növ boya və örtüklərin (su əsaslı, yağlı, lak və s.) düzgün seçilməsi və tətbiqi;
- Daxili və xarici divarların, tavanların və digər səthlərin keyfiyyət standartlarına uyğun rənglənməsi;
- Zədələnmiş səthlərin təmiri, çat və deformasiyaların aradan qaldırılması;
- Divar kağızlarının düzgün yapışdırılması, sökülməsi və yenilənməsi işlərinin aparılması;
- Rəng uyğunluğunun və estetik görünüşün təmin edilməsi;
- İş zamanı istifadə olunan alət və avadanlıqların düzgün istifadəsi, təmiz saxlanılması və texniki baxımının həyata keçirilməsi;
- İş sahəsində təmizlik və təhlükəsizlik qaydalarına (HSE) riayət edilməsi;
- Aşkar olunan qüsur və nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat verilməsi;
- Lazımi material və ehtiyatların (boya, astar, alət və s.) vaxtında sifarişi üçün rəhbərliyin məlumatlandırılması;
Şirkət haqqında
PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik.
PASHA Property Management — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Otaqların və səthlərin rənglənməsi, təmiri və texniki baxımını həyata keçirir, boya işlərində təcrübə tələb olunur.
Tikinti layihələrinin icrasına nəzarət edir və smeta uyğunluğunu yoxlamaq bacarığı tələb olunur
İstehsalat proseslərini idarə edir və böyük komandaları effektiv rəhbərlik edir, 5 il təcrübə tələb olunur.


