Havalandırma sistemlərinin texniki xidmətini göstərir və mexaniki təmir bacarığı tələb olunur.
Vakansiya haqqında
PAŞA Property Management “İstismar xidmətləri üzrə texnik (havalandırma)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Ventilyatorlara, kondisionerlərə və mühərriklərə texniki xidmət göstərmək;
- Suyun və havanın keyfiyyət, kəmiyyət, hərarətini test etmək və ölçmək;
- Müvafiq sistemlərin və aksessuarların təmizləmək və onlara texniki xidmət göstərmək;
- Zədələnmiş hissələrin təmir etmək yaxud dəyişdirmək;
- Bütün mexaniki avadanlıqlarda profilaktik təmir işləri aparmaq;
- Hava çıxışlarını (jalyüzlər, məhəccərlər, diffuzorlar) təmizləmək;
- Bütün nasazlıqlar barədə nəzarətçilərə xəbər vermək;
- Sifariş edilməli olan cihazlar və ehtiyat hissələri barədə rəhbərliyi məlumatlandırmaq;
- Mebellər, otaqlar (alçıpan və divar kağızları) və avadanlıq daxil olmaqla, binanın səthlərinin rəngləmək, texniki xidmət göstərmək və təmir etmək;
- İşçiyə təhkim edilmiş alət və avadanlıqları təmizləmək, texniki qulluq etmək və saz vəziyyətdə saxlamaq;
- Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.
Şirkət haqqında
PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik.
PASHA Property Management — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İstehsalat avadanlıqlarının təmiri və sazlanması üzrə çilingər, mexaniki təcrübə tələb olunur.
İstehsalat avadanlıqlarının quraşdırılması və texniki xidmətini təşkil etmək üçün mexanika mühəndisliyi bilikləri tələb olunur.


