Maaş göstərilməyib
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Otel binasında olan bütün gündəlik təmir və baxım işlərinin səmərəli və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək
- Bu vəzifədə santexnika, boyaçılıq, dülgərlik və yüngül elektrik təmir-bərpa işlərini yerinə yetirmək və nəzarət etmək. Zəruri olduğu halda, hər növ kafel, döşəmə örtükləri və divar kağızlarını təmir etmək və ya dəyişdirmək.
- Pəncərələr, qapılar və kilidləri təmir etmək və ya dəyişdirmək.
- Dekorativ elektrik avadanlıqlarını, kabelləri, ampulları, elektrik prizlərini təmir etmək və ya dəyişdirmək.
- Divarlarda gips təmiri işləri, vaxtaşırı boya işləri aparmaq.
- Ümumi santexnika təmiri, silikon möhürlərin dəyişdirilməsi işlərini icra etmək.
- Zədələnmiş rəf və mebelləri təmir etmək və lazım olduqda dəyişdirmək.
- Mühəndisliklə bağlı olan qonaq otağı ilə əlaqədar tələbləri yerinə yetirmək. Əlavə olaraq, qonaq otaqları və ictimai sahələr üçün təmir və texniki baxım işlərinin otel siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirilməsinə məsul olmaq
- Təmin olunmuş bütün lazımı avadanlıq və iş alətlərinin düzgün istifadəsini və saxlanılmasını təmin etmək. İşə lazım olan daimi və portativ (həcmcə kiçik, daşınma üçün münasib) ləvazimatların işlənməsi və saxlanması qaydalarına riayət etmək;
Tələblər:
- Müvafiq vəzifə üzrə təcrübə
- Mexaniki/soyutma/buxar generator/isitmə və kondisioner sistemi/santexnika sahələrindən birinə aid texniki məktəb bitirmək və ya müəyyən peşə təhsilli
- Santexnika, dülgərlik, və ümumi texniki təchizat üzrə ümumi mexaniki bacarığı olmaq
- Azərbaycan dili səlis.
- İngilis və rus dili (arzuolunandır)
- Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq
- Uyğun texniki təchizat təcrübəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
27 sentyabr 2026
Şirkət haqqında
Fairmont Baku
Mehmanxana və ictimai iaşə xidmətləri, Mehmanxana və yerləşdirmə xidmətləri · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Məktəbin texniki avadanlıqlarının və təsərrüfat işlərinin təmir və baxımını həyata keçirir, əsas texniki biliklər tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib4 gün qalıb
Otelin texniki xidmətini idarə edir və təmir işlərini həyata keçirmək üçün mühəndislik bacarıqları tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İstehsal prosesinin fasiləsizliyi üçün elektrik və avtomatika problemlərini həll edir, minimum 1 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




