Tikinti layihələrinin sahədə icrasını təşkil edir və 15 ildən çox təcrübə tələb olunur
Vakansiya haqqında
TAİS İKF MMC komandamıza təcrübəli “Təmir -Tikinti üzrə menecer” axtarırıq
Vəzifə öhdəlikləri:
- Təmir və tikinti işləri üzrə illik, rüblük və aylıq fəaliyyət planlarının hazırlanması və icrası
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğuna nəzarət
- Layihə sənədlərinin (çertyojlar, smetalar, texniki tapşırıqlar, iş qrafikləri) hazırlanması və icrasının təşkili
- Podratçı və subpodratçı şirkətlərin seçimi, müqavilələrin icrası və iş keyfiyyətinə nəzarət
- Sahədə görülən işlərin gündəlik monitorinqi və operativ problemlərin həlli
- Texniki heyətin (elektrik, santexnik, qaynaqçı, mexanik və s.) iş bölgüsünün aparılması və koordinasiyası
- Tikinti materialları və avadanlıqların seçimi, sifarişi, düzgün istifadəsi və uçotuna nəzarət
- Texniki risklərin müəyyən edilməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi
- Dövlət qurumları və nəzarət orqanları (FHN, İcra Hakimiyyəti, kommunal müəssisələr və s.) ilə texniki məsələlərin və icazələrin idarə olunması
- Görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Obyektlərin texniki vəziyyətinin mütəmadi yoxlanılması və profilaktik tədbirlərin təşkili
Tələblər:
- Tikinti və Memarlıq sahəsində ali təhsil
- Tikinti üzrə norma və qaydalar üzrə biliklər
- Təmir-tikinti və mühəndis işlərində minimum 5 il praktiki təcrübə
- Layihə idarəetməsi bacarığı
- Texniki sənədlərlə (çertyoj, smeta, akt) işləmək bacarığı
- AutoCAD biliyi mütləqdir
- Liderlik və analitik düşünmə qabiliyyəti
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri: TAİS İKF MMC
- Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təmir-Tikinti üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Son tarix
10 sentyabr 2026
Şirkət haqqında
TAİS İKF
İnzibati və dəstək xidmətləri, Təmizlik xidmətləri · Baku
TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir.
TAİS İKF — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib1 gün qalıb
Maaş göstərilməyib
Tikinti layihələrini yüksək standartlarla və müddətdə icra etmək, 3 il təcrübə tələbi.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti sahəsinin idarə olunmasını həyata keçirir və ən az 15 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




