Tikinti layihələrində topoqrafik və geodezik ölçmələr aparır, GIS və AutoCAD bilikləri tələb olunur
Vakansiya haqqında
"Focus Engineering & Construction" MMC, həyata keçirdiyimiz iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Surveyor axtarırıq.
Namizədə dair tələblər:
- Geodeziya, Topoqrafiya, Yerquruluşu və Kadastr və ya müvafiq sahə üzrə ali təhsil;
- Survey və geodeziya işləri üzrə minimum 3 il iş təcrübəsi;
- GPS/GNSS, Total Station, Nivelir və digər ölçmə avadanlıqları ilə işləmək bacarığı;
- ArcGIS, QGIS və ya digər GIS proqram təminatlarından istifadə bacarığı;
- Məkan məlumatlarının emalı və xəritələşdirilməsi üzrə biliklər;
- AutoCAD, Civil 3D və digər müvafiq proqram təminatlarından istifadə bacarığı;
- Ölçmə nəticələrinin emalı və texniki sənədlərin hazırlanması üzrə biliklər;
- Komandada işləmək, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Ezamiyyət rejimində işləmək imkanı;
- İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Layihə sahələrində geodeziya və survey ölçmə işlərinin həyata keçirilməsi;
- Koordinat və hündürlük ölçmələrinin aparılması və məlumatların emalı;
- Topoqrafik planların, icra sxemlərinin və ölçmə hesabatlarının hazırlanması;
- Tikinti işlərinin layihəyə uyğunluğunun geodeziya baxımından yoxlanılması;
- Ölçmə avadanlıqlarının kalibrlənməsi və düzgün istismarının təmin edilməsi;
- Layihə və tikinti komandaları ilə koordinasiyalı şəkildə işləmək.
- Geodeziya və survey məlumatlarının GIS platformalarında emalı və təhlilini həyata keçirmək;
- GIS məlumat bazalarının yaradılması, yenilənməsi və layihə komandası ilə koordinasiyalı şəkildə idarə olunmasında iştirak etmək.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Surveyor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Topoqrafik və geodeziya ölçmə işlərini aparmaq üçün geodeziya avadanlıqları ilə işləmə bacarığı tələb olunur.
Topoqrafik və geodeziya işlərini aparır, GIS və AutoCAD bilikləri tələb olunur.
Tikinti layihələrində topoqrafik və geodezik ölçmələr aparmaq üçün 5 il təcrübə tələb olunur.

