Vakansiya haqqında

  • Metal istehsalı müəssisəsinə müxtəlif ölçülü və mürəkkəblikdə olan sənaye detallarını yüksək dəqiqliklə hazırlaya və bərpa edə bilən, uzunillik praktiki təcrübəyə malik peşəkar tokar ustası tələb olunur
  • Bizə yalnız sadə torna işlərini yerinə yetirən deyil, detalı nümunə, ölçü, eskiz və ya texniki çertyoj əsasında müstəqil şəkildə hazırlaya bilən, material və emal üsulunu düzgün seçən təcrübəli usta lazımdır
  • İş rejimi: Namizədlə danışıq və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
    • Əməkhaqqı: Ustanın təcrübəsi, peşəkarlıq səviyyəsi və razılaşdırılmış iş rejiminə əsasən müəyyən ediləcək
    • Namizədin praktiki bacarıqları müsahibə və sınaq işi əsasında qiymətləndiriləcək
    • Müraciət zamanı neçə il tokar işlədiyi, hansı müəssisələrdə çalışdığı, hansı dəzgahlarda işlədiyi və hazırlaya bildiyi detallar haqqında məlumat təqdim etməsi xahiş olunur
    • Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62

    Vəzifə öhdəlikləri

    • Zavod avadanlıqları üçün müxtəlif mexaniki detalların hazırlanması və bərpası
    • Val, ox, ştift, şponka yuvası, vtulka, mufta, flanş, kasnaq, yivli hissə və digər detalların emalı
    • Qəliblərin, bıçaqların, mil və digər istehsal detallarının hazırlanması və təmiri
    • Xarici və daxili diametrlərin dəqiq yonulması
    • Xarici və daxili yivlərin açılması
    • Konus, kanal, pillə, pah və müxtəlif formalı səthlərin hazırlanması
    • Deşiklərin açılması, genişləndirilməsi və içyonma işlərinin görülməsi
    • Aşınmış detalların ölçülərinin bərpası və yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi
    • Hazır nümunədən və ya köhnə detaldan düzgün ölçü götürərək yeni detal hazırlamaq
    • Texniki çertyoj, eskiz və verilmiş ölçülər əsasında işləmək
    • Detala uyğun materialı, kəsici aləti, emal rejimini və əməliyyat ardıcıllığını müəyyənləşdirmək
    • Hazırlanmış detalın ölçülərini və keyfiyyətini yoxlamaq
    • Torna dəzgahının gündəlik baxışını, sazlanmasını və iş yerinin səliqəsini təmin etmək

    Tələblər

    • Tokar işi üzrə uzunillik real istehsalat təcrübəsi
    • Torna dəzgahında sərbəst və peşəkar işləmək bacarığı
    • Sadə və mürəkkəb detalların yüksək dəqiqliklə hazırlanması üzrə təcrübə;
    • Texniki çertyojları və eskizləri sərbəst oxumaq bacarığı
    • Hazır detal və ya nümunə əsasında düzgün ölçü götürərək eynisini hazırlamaq bacarığı
    • Ştangenpərgar, mikrometr, indikator, нутромер və digər ölçü alətlərindən peşəkar istifadə bacarığı
    • Ölçü dözümlülükləri, oturtmalar, səth keyfiyyəti və emal dəqiqliyi haqqında bilik
    • Müxtəlif metal növlərinin emal xüsusiyyətlərini bilməsi
    • Kəsici alətlərin seçilməsi, itilənməsi və düzgün tətbiqi üzrə praktiki bacarıq
    • Detalı minimal material itkisi ilə və texniki tələbə uyğun hazırlamaq bacarığı
    • Müstəqil işləmək və görülən işin keyfiyyətinə cavabdeh olmaq
    • Məsuliyyətli, dəqiq, intizamlı və işinə peşəkar yanaşmaq

    Üstünlük hesab olunur

    • Metal istehsalı və ağır sənaye müəssisələrində iş təcrübəsi
    • İriölçülü və ağır detalların emalı üzrə təcrübə
    • Qəlib, bıçaq, val və istehsal avadanlıqlarının ehtiyat hissələrinin hazırlanması bacarığı
    • Frez, yonma, deşik açma və digər mexaniki emal əməliyyatları haqqında əlavə bilik
    • Köhnə və aşınmış detalların bərpası üzrə təcrübə
    • Müxtəlif istehsal avadanlıqlarının mexaniki quruluşu haqqında anlayış
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Göstərilməyib
Torna-frezer (tokar) dəzgah operatoru
Müraciət et