Yanğın təhlükəsizliyi layihələrini qiymətləndirir və AutoCAD, Excel bilikləri tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Yanğından mühafizə sistemlərinin mexaniki hissəsinin layihələndirilməsi və texniki nəzarəti;
- Sprinkler, drençer, hidrant və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına nəzarət;
- Boru diametrləri və hidravlik hesablamaların aparılması;
- Yanğın nasosları, klapanlar və digər mexaniki avadanlıqların texniki uyğunluğunun yoxlanılması;
- Layihə çertyojlarının və izometrik sxemlərin oxunması;
- Montaj və commissioning işlərinin koordinasiyası;
- Hidravlik və təzyiq sınaqlarının təşkili;
- Görülmüş işlərin layihə və texniki standartlara uyğunluğuna nəzarət;
- Texniki hesabat və icra sənədlərinin hazırlanması.
Namizədə tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Yanğınsöndürmə sistemləri üzrə praktiki bilik;
- AutoCAD proqramında işləmə bacarığı;
- Mexaniki çertyoj və izometrik sxemləri oxuma bacarığı;
- Hidravlik hesablamalar üzrə bilik;
- NFPA və EN standartları üzrə bilik üstünlükdür;
- Analitik düşüncə və texniki problemləri həll etmək bacarığı;
- Komandada işləmək və sahə işlərini koordinasiya etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq, 2000 AZN-dən başlayaraq
- Rəsmi əmək müqaviləsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
İş qrafiki tam iş günüdür.
Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq 2000 AZN-dən başlayır.
Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil və minimum 3 il iş təcrübəsi tələb olunur.
AutoCAD proqramında işləmə bacarığı tələb olunur.
NFPA və EN standartları üzrə bilik üstünlükdür.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarYanğın təhlükəsizliyi üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Yanğından mühafizə sistemlərinin elektrik hissəsinin layihələndirilməsi və texniki istismarı üzrə mühəndislik işləri görür, 3 il təcrübə tələb olunur.
Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin texniki baxışını və layihələndirilməsini həyata keçirir.
Yanğın təhlükəsizliyi qaydalarına nəzarət edir və riskləri qiymətləndirmək bacarığı tələb olunur.


