Vakansiya haqqında

  • Yol və yol kommunikasiyaları üzrə tikinti işlərinə texniki nəzarət etmək;
  • Yol yatağı, asfalt-beton örtük, bordür, səki, piyada və velosiped yollarının icrasını yoxlamaq;
  • Yağış sularının kənarlaşdırılması və drenaj sistemlərinin icrasını koordinasiya etmək;
  • Mühəndis-kommunikasiya xətlərinin, kommunikasiya keçidlərinin və yolaltı qurğuların təşkilinə nəzarət etmək;
  • Layihə, işçi çertyoj, shop drawing və As-Built sənədlərini yoxlamaq;
  • Faktiki icranın layihəyə uyğunluğunu və iş həcmlərini, BOQ və Forma-2 sənədlərini yoxlamaq;
  • Yol nişanları, nişanlanma və hərəkətin təşkili üzrə tələblərə nəzarət etmək;
  • Podratçı, layihəçi, MEP, geodeziya və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Tamamlanmış yol və kommunikasiya elementlərinin inventarlaşdırılmasında iştirak etmək.

Xüsusi tələblər

  • İnşaat mühəndisliyi, yol mühəndisliyi, nəqliyyat tikintisi və ya müvafiq texniki istiqamət üzrə ali təhsil;
  • Yol tikintisi və mühəndis-kommunikasiya infrastrukturu sahəsində minimum 3 il iş təcrübəsi;
  • Sahədə icra, texniki nəzarət, layihə və podratçı koordinasiyası üzrə təcrübə;
  • Avtomobil yollarının planı, uzununa profili, en kəsikləri və şaquli planlaşdırılması üzrə biliklər;
  • Torpaq işləri, yol yatağı, əsas və asfalt-beton örtük laylarının təşkili üzrə biliklər;
  • Drenaj sistemləri, yağış sularının kənarlaşdırılması, kanallar, kollektorlar və suötürücü qurğular üzrə anlayış;
  • Elektrik, fiber-optik, qaz, su və kanalizasiya xətlərinin koordinasiyası üzrə təcrübə;
  • Baş plan, topoqrafik plan, yol kotları və geodeziya məlumatlarını oxuma bacarığı;
  • Layihə, shop drawing, işçi çertyoj, icra və As-Built sənədlərinin yoxlanılması üzrə təcrübə;
  • BOQ, Forma-2, iş həcmləri və material miqdarlarının yoxlanılması üzrə bilik;
  • Yol əsasının sıxlıq, asfalt, beton və digər laboratoriya sınaqlarının nəticələrini qiymətləndirmək bacarığı;
  • AutoCAD proqramını yaxşı bilmək;
  • AutoCAD Civil 3D, ArcGIS/GIS və Primavera proqramlarını bilmək üstünlükdür;
  • MS Office, xüsusilə Excel proqramı üzrə biliklər;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Məsuliyyətli, diqqətli və problem həll etmə qabiliyyətli olmaq;
  • Sahədə işləmək və tikinti prosesinə operativ nəzarət etmək bacarığı.
Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Sea Breeze Resort & Residences
Real Estate · Baku
Sea Breeze Resort & Residences — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Tikinti layihələrinin texniki sənədlərini yoxlayır və iş həcmlərini hesablayır, 3 il təcrübə tələb olunur.

AutoCADConstruction engineeringProject documentation reviewQuantity Takeoff+7
Müraciət etAsan müraciətAsan müraciət
SR Group Co MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin texniki nəzarəti və yönəldilməsini həyata keçirmək bacarığı olmalıdır.

Construction ManagementAutoCADQuality ControlTechnical Regulations+4
Müraciət et
Groupone
Senior · 5+ il
2 500–3 000

Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur

Financial AccountingFinancial ReportingInventory ManagementLeadership+11
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Yol və yol kommunikasiyaları üzrə mütəxəssis
Müraciət et