Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Müəssisədə istifadə olunan 1C sisteminin gündəlik fəaliyyətinə nəzarət etmək;
  • İstifadəçilər tərəfindən yaranan texniki və funksional problemlərin həllində iştirak etmək və onların operativ aradan qaldırılmasını təmin etmək;
  • 1C proqramında yaranan dəyişiklik və təkmilləşdirmə tələblərini toplamaq, proqramçıya təqdim etmək və icrasını izləmək;
  • Yeni işçilərə 1C proqramından istifadə qaydaları üzrə təlim keçmək və istifadəçilərə gündəlik dəstək göstərmək;
  • Mühasibat, anbar, istehsalat, satış və digər şöbələrin 1C sistemində düzgün işləməsinə nəzarət etmək;
  • Yeni funksiyaların və dəyişikliklərin sınaqdan keçirilməsində iştirak etmək;
  • İstifadəçi təlimatlarının hazırlanmasını və yenilənməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün icra etmək.

Tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İqtisadiyyat və ya əlaqəli sahələr);
  • 1C proqramı ilə iş təcrübəsi;
  • 1C 8.3 platforması və əsas konfiqurasiyalar üzrə bilik;
  • Mühasibat, anbar və istehsalat uçotu üzrə ümumi biliklər;
  • Analitik düşünmə, məsuliyyətlilik və problemləri operativ həll etmə bacarığı.

İş şəraiti

  • Əmək haqqı: (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müzakirə edilə bilər);
  • Məşğulluq növü: Tam ştat / AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: 6 günlük (09:00-18:00 şənbə günü 09:00-13:00)
  • İstirahət günləri: Şənbə və Bazar (rəsmi bayram günləri);
  • Qidalanma və işçilər üçün serviz avtobuzu var.
  • Ünvan: Qəbələ, Savalan Şərab Zavodu.

Əlaqə: +994 70 600 72 22 (Elşad bəy)

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 avqust 2026
Son tarix
6 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
1C analitiki
Müraciət et