Vakansiya haqqında

Namizədə tələblər:

  • Cinsi: Kişi və ya qadın;
  • Yaş həddi: 21-35;
  • Ali və ya natamam ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq üstünlükdür);
  • 1C proqramında mühasibat uçotu (Accounting) modulunu mükəmməl səviyyədə bilmək və bu sahədə praktiki təcrübə (əsas tələb);
  • İstehsal və ticarət müəssisələrinin operativ, idarəetmə və mühasibat uçotunun əsaslarını dərindən bilmək;
  • 1C:Müəssisə platformasında proqram məhsullarının layihələrdə tətbiqi (implementasiyası) və dəstəyi üzrə təcrübə;
  • Biznes proseslərin analizi və mühasibatlıq tələblərinin proqram təminatına adaptasiyası bacarığı.

İşin təsviri:

  • Mühasibat uçotu modulu üzrə istifadəçi tələblərinin analizi, proqramda sazlanması və funksionallığın optimallaşdırılması;
  • 1C:Müəssisə bazasında proqram məhsullarının hazırlanması, layihələrdə tətbiqi və cari dəstəyin göstərilməsi;
  • Mühasibatlıq və maliyyə hesabatlılığı üzrə proqramda dəyişikliklər və yeniliklər üçün tələblərin müəyyən edilməsi;
  • Proqram məhsulunun təkmilləşdirilməsi məqsədilə texniki tapşırıqların (TZ) hazırlanması və proqramçılara ötürülməsi;
  • Yerinə yetirilən dəyişikliklərdən və yeniliklərdən sonra proqram modullarının sınaqdan (testdən) keçirilməsi;
  • İstifadəçi sənədlərinin (təlimatların) hazırlanması;
  • İstifadəçilərə proqramla işləmək üçün təlimlərin keçilməsi və gündəlik məsləhətlərin verilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • Şirkət hesabına qidalanma;
  • Şirkət hesabına fitnes xidmətləri;
  • Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır);
  • Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar;
  • Mehriban, dinamik və səmimi kollektiv;
  • Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı;

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə).

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Son tarix
13 sentyabr 2026

Şirkət haqqında

Best Soft
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Baku

"Best Soft" şirkəti öz fəaliyyətini 2009-cu ildə başlamışdır. Bu gün "Best Soft" - yüksək səviyyəli və hərtərəfli mütəxəssislərin kollektividir, müasir texnologiyalar və iri layihələrin tətbiqində böyük təcrübədir, yüksək xidmət səviyyəsi…

Best Soft — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Finca Azerbaijan
C-Level/Executive
Maaş göstərilməyib

Maliyyə və hesabat işlərini idarə edir, maliyyə planlaşdırma və risk idarəetməsi bacarığı tələb olunur.

Financial PlanningFinancial ReportingAccountingBudgeting+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
1C mütəxəssis / məsləhətçi
Müraciət et