Apteklərdə 1C proqramı üzrə texniki problemləri həll edir və proqramlaşdırma işləri aparır.
1C proqramlaşdırma üzrə mütəxəssis
Vakansiya haqqında
Təsvir
- Apteklərdə yaranan texniki və 1C proqramı ilə bağlı problemlərin operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması;
- Anbarda istifadə olunan bütün İT avadanlıqlarına texniki xidmət göstərilməsi;
- 1C sistemi üzrə texniki tapşırıqların hazırlanması və proqramlaşdırma işlərinin həyata keçirilməsi;
- Məlumat sistemlərinin yenilənməsi, təmizlənməsi, test edilməsi və yoxlanılması;
- Məlumat bazalarının (DB) və serverlərin işlək vəziyyətinin yoxlanılması;
- Məlumat bazalarının siyahısının və konfiqurasiya məlumatlarının aparılması;
- Sistem parametrlərinin tənzimlənməsi;
- Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yoxlanılması;
- Ofislər və struktur bölmələr arasında məlumatların ötürülməsinin təmin edilməsi;
- Sistemlər arasında sənədlərin və məlumatların ötürülməsi;
- İstifadəçilərə 1C və digər İT sistemləri üzrə texniki dəstək və konsultasiya göstərilməsi;
- 1C proqramında uçotun aparılması;
- Standart və qeyri-standart sorğuların cavablandırılması;
- Analitik sorğuların hazırlanması və cavablandırılması;
- Cavabdeh olduğu iş sahələri üzrə hesabatların hazırlanması;
- İT sistemləri və avadanlıqlar üzrə yaranan nasazlıqların araşdırılması və həll edilməsi;
- Şirkətə aid məxfi məlumatların qorunması və şifrələrin təhlükəsiz saxlanılması;
- Şirkətdaxili qaydalara, prosedur və təlimatlara riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- 1C proqramçısı və ya 1C üzrə mütəxəssis kimi iş təcrübəsi;
- 1C proqramı üzrə praktiki biliklər;
- Kompüter və İT sistemləri üzrə baza bilikləri;
- İT avadanlıqlarının texniki xidməti üzrə anlayış;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətli və diqqətli yanaşma;
İş Haqqında:
- 6 günlük iş rejimi
- Əmək haqqı: 700-800 AZN
- İş yeri: Şirvan şəhəri
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “1C Proqramlaşdırma üzrə Mütəxəssis – Şirvan” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
1C proqramçı üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 725 ₼.
4 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
1C proqramçı kimi öz maaşını yoxlaŞirkət haqqında
Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Şirvan şəhəridir.
6 günlük iş rejimidir.
700-800 manat aralığındadır.
CV-nizi mövzu hissəsində “1C Proqramlaşdırma üzrə Mütəxəssis – Şirvan” qeyd edərək elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalar1C proqramçı üzrə Şirvanda digər açıq elanlar.
1C platformasında sistem inkişaf etdirir, kodu təhlil edir və optimallaşdırır, 3+ il təcrübə tələb olunur.
1C platformasında yeni funksionallıqlar hazırlayır və modifikasiyalar edir, 3 il təcrübə tələb olunur.


