1C proqramında alış-satış qaimələrinin daxil edilməsini və mühasibatlıq sənədlərini idarə edir, 1 il təcrübə tələb olunur.
Əmək haqqının hesablanması üzrə 1C məsləhətçi
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- 1C üzrə əmək haqqı və kadr uçotu layihələrinin tətbiqində iştirak etmək;
- Müştərilərin əmək haqqı və kadr uçotu proseslərini təhlil etmək;
- Əmək haqqının hesablanması üzrə müştəri tələblərini analiz etmək və 1C sistemində uyğun həllər hazırlamaq;
- Əmək haqqının hesablanması, tutulmalar, əlavələr və digər ödənişlərin 1C sistemində düzgün əks etdirilməsini yoxlamaq;
- Məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər əməkhaqqı ilə bağlı əməliyyatların uçotunu təhlil etmək;
- İş vaxtının uçotu və tabel məlumatlarının əmək haqqının hesablanmasına təsirini yoxlamaq;
- Vergilər, sosial ödənişlər və digər tutulmalar üzrə hesablamaların düzgünlüyünü təhlil etmək;
- Əmək haqqı üzrə hesabatların hazırlanması və yoxlanılmasında iştirak etmək;
- Müştərilərin sorğularını araşdırmaq və operativ funksional həllər təqdim etmək;
- 1C sistemində hazırlanmış həllərin funksional və istifadəçi testlərini həyata keçirmək;
- Texniki tapşırıqlar, funksional tələblər və istifadəçi təlimatları hazırlamaq;
- Müştərilərin 1C sistemi üzrə təlimləndirilməsində və konsultasiya xidmətlərinin göstərilməsində iştirak etmək.
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Əmək haqqının hesablanması və kadr uçotu üzrə praktiki biliklər;
- 1C:Əmək haqqı və personalın idarə edilməsi (1C:ZUP) üzrə iş təcrübəsi;
- Mühasibat və vergi uçotunun əsas prinsiplərini bilmək;
- Əmək haqqı, tutulmalar, məzuniyyət, xəstəlik və iş vaxtının uçotu proseslərini anlamaq;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə əsas biliklər;
- Əmək haqqı və kadr hesabatlarını oxuma və təhlil etmə bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Müştərilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
- Texniki və funksional sənədləri hazırlamaq bacarığı.
Üstünlük hesab olunur
- 1C üzrə peşəkar sertifikat;
- 1C:ZUP üzrə praktiki layihə təcrübəsi;
- 1C:ERP üzrə əmək haqqı və kadr uçotu modulu haqqında bilik;
- Əmək haqqı hesablanması və kadr uçotu üzrə konsultant kimi iş təcrübəsi;
- MHBS (IFRS) üzrə biliklər;
- Maliyyə üzrə beynəlxalq sertifikatlar;
- Audit və hesabatlılıq üzrə təcrübə.
Şəxsi keyfiyyətlər
- Analitik və sistemli düşüncə;
- Yüksək məsuliyyət və dəqiqlik;
- Detallara diqqət;
- Problemləri təhlil etmək və həll yolları tapmaq bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Müştəriyönümlülük;
- Komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq və nəticəyönümlülük;
- Yeni bilik və texnologiyaları öyrənməyə maraq.
Biz nə təklif edirik?
- Stabil və inkişaf edən konsaltinq şirkətində iş imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Müxtəlif şirkətlər üzrə real 1C layihələrində iştirak;
- 1C və əmək haqqı uçotu üzrə praktiki biliklərin inkişaf etdirilməsi;
- Peşəkar və dinamik komanda ilə iş;
- Rəsmi əmək müqaviləsi;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
Məktubun mövzu hissəsində “Əmək haqqının hesablanması üzrə 1C məsləhətçi” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“ALARNA” şirkəti mühasibat uçotunun avtomatlaşdırılması, həmçinin istehsal, pərakəndə və maliyyə təşkilatları üçün kompleks proqram həllərinin hazırlanması sahəsində 15 ildən artıq təcrübəyə malik müasir konsaltinq şirkətidir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş qrafiki Bazar ertəsi – Cümə, 09:00–18:00 saatlarıdır.
Məktubun mövzu hissəsində “Əmək haqqının hesablanması üzrə 1C məsləhətçi” qeyd edilməlidir. CV göndərilməsi tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçİş rəsmi əmək müqaviləsi ilə təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalar1C proqramçı üzrə Bakıda digər açıq elanlar.
Backend xidmətləri yazır, Python, Django və FastAPI üzrə minimum 3 il təcrübəsi var.
C# və ASP.NET Core üzrə proqram təminatı hazırlayır, REST API və microservices bilikləri tələb olunur.
Go proqramlaşdırma dilində backend servislərin hazırlanması və mikroservis arxitekturası üzrə təcrübə tələb olunur




