Vakansiya haqqında

Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Backend proqramçı axtarır. Layihələrimiz — korporativ saytlar, e-commerce platformalar, ERP/CRM sistemləri.

Vəzifə öhdəlikləri:

  • Veb layihələrin backend hissəsinin hazırlanması və dəstəklənməsi
  • Laravel üzərində REST API-ların qurulması və frontend komandası ilə inteqrasiyası
  • Verilənlər bazasının layihələndirilməsi, sorğuların və indekslərin optimallaşdırılması
  • Ödəniş sistemləri, CRM və digər xarici servislərlə inteqrasiya
  • Mövcud layihələrin sürət və təhlükəsizlik baxımından təkmilləşdirilməsi
  • Git workflow-da komanda ilə əməkdaşlıq: branching, kod-review, merge

Tələblər:

  • PHP (Laravel) üzrə ən azı 3 il təcrübə
  • OOP, MVC və SOLID prinsipləri üzrə möhkəm biliklər
  • SQL (MySQL və ya PostgreSQL) üzrə təcrübə
  • REST API dizaynı, JSON/XML ilə işləmə bacarığı
  • Git ilə işləmə bacarığı (branch, merge, pull request)
  • Dəqiq, oxunaqlı və optimallaşdırılmış kod yazmaq bacarığı

Əlavə üstünlük veriləcək qabiliyyətlər:

  • Docker və CI/CD ilə iş təcrübəsi
  • Redis, keşləmə və növbə (queue) sistemləri
  • React və ya Vue ilə tanışlıq
  • Yüksək yüklü layihələrdə iş təcrübəsi

Biz sənə nə təklif edirik:

  • Sabit əmək haqqı: 1 500 – 2 000 AZN (təcrübəyə və müsahibənin nəticəsinə görə)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Tanınmış brendlərin real layihələri — bir neçə sənaye sahəsi üzrə
  • Dinamik və yaradıcı komanda, ideyalarını sərbəst ifadə etmək imkanı
  • İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
  • Qısa zamanda geniş təcrübə və zəngin portfel formalaşdırmaq imkanı
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 000 ₼
Yerləşdirilib
3 sentyabr 2026

Şirkət haqqında

Make Agency
Peşəkar, elmi və texniki fəaliyyətlər, Marketinq və reklam xidmətləri · 2-10 · Bakı

Make Agency - Rəqəmsal Marketinq Agentliyi. Əsas istiqamətlər— Saytların hazırlanması, SEO xidməti, SMM xidməti, Brendbuk yaradılması. Peşakar SEO xidməti agentliyi.

Make Agency — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

jobU
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Backend veb layihələrin hazırlanması və dəstəklənməsi üçün PHP Laravel üzrə 3 il təcrübə tələb olunur.

PHPLaravelREST APISOLID Principles+16
Müraciət etAsan müraciətAsan müraciət
Maffin
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Layihənin funksionallığını inkişaf etdirir və Laravel üzrə ən azı 1 il təcrübəsi tələb olunur

REST APIOAuth 2.0MySQLPostgreSQL+11
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 500–2 000 ₼
Backend proqramçı (PHP / Laravel)
Müraciət et