Senior Mobile Developer (Android + iOS)

Predsol

Vakansiya haqqında

Vəzifə təsviri:

  • Sahə işçiləri üçün istifadə olunan mobil tətbiqlərin (məlumat toplama, qeydiyyat, yoxlama və digər sahə iş axınları) Android və iOS platformalarında inkişafı, buraxılışı və dəstəklənməsi. Offline-first arxitektura, kamera, GPS və sinxronizasiya əsas prioritetdir

Öhdəliklər:

  • Mövcud native Android tətbiqlərinin (Kotlin, Jetpack Compose) inkişafı və dəstəklənməsi
  • Eyni biznes məntiqi ilə iOS versiyalarının hazırlanması (Swift/SwiftUI və ya React Native/Expo — komanda qərarına uyğun)
  • Offline növbə (local storage), background sinxronizasiya mexanizmləri
  • Kamera, foto sıxma, barkod oxuma, GPS və xəritə inteqrasiyası
  • API ilə iş: multipart yükləmə, autentifikasiya, in-app yeniləmə/paylama axınları
  • Staging və production buraxılışlar
  • QA və DevOps komandaları ilə birgə tətbiqin paylanması (daxili kanal, marketplace və ya enterprise)

Tələblər:

  • 3+ il mobil tətbiq hazırlama təcrübəsi; ən azı bir platformada production buraxılış
  • İkinci platformaya (iOS və ya Android) peşəkar səviyyədə keçid bacarığı və ya full-stack mobil təcrübə
  • Offline və sinxronizasiya təcrübəsi (zəif şəbəkə şəraitində işləmə)
  • App Store/Play Store (və ya daxili paylama) prosesləri üzrə bilik

Üstünlük təşkil edən keyfiyyətlər:

  • Sahə əməliyyatları və ya utility tipli mobil tətbiqlərdə təcrübə
  • Daxili APK/tətbiq yeniləmə mexanizmləri qurma təcrübəsi

Dil bilikləri:

  • Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
  • Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00.

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Mobile Developer” başlıqı ilə göndərsin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
29 oktyabr 2026
Baxış
35

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Mobil developer üzrə bazar adətən 1 000–3 700 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

3 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mobil developer kimi öz maaşını yoxla

Şirkət haqqında

Predsol
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri · Bakı
Predsol — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Həftənin 5 günü, 08:00–17:00 saatları arasında işlənir.

İş Bakıda yerləşir.

Mobil tətbiq hazırlama sahəsində ən azı 3 il təcrübə tələb olunur.

Komanda daxilində Azərbaycan dili, texniki sənədləşmə üçün ingilis dili, rus dili üstünlükdür.

CV-lər “Senior Mobile Developer” başlığı ilə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mobil developer üzrə Bakıda digər açıq elanlar.

Kapital Bank
Senior · 7+ ilBakı
Maaş göstərilməyib

Böyük layihələrin həll və müəssisə arxitekturasını idarə edir, 7+ il IT təcrübəsi tələb olunur.

Presentation Skills
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Senior Mobile Developer (Android + iOS)
Müraciət et