Texniki rəhbər HTML əsaslı monetizasiya inteqrasiya axınlarını idarə edir və proqramlaşdırma bacarığı tələb olunur.
Game / Unity developer
Vakansiya haqqında
Məkan: Bakı, Azərbaycan
Öhdəliklər
- Unity/C# dilində interaktiv tətbiqlərin və oyun mexanikalarının sıfırdan işlənilməsi və dəstəklənməsi;
- 2D və 3D qrafik elementlərin, animasiyaların və UI interfeyslərin tətbiqə inteqrasiya olunması;
- Mobil cihazlar (iOS / Android) üçün tətbiqin performansının optimallaşdırılması (FPS, yaddaş istifadəsi);
- Xarici API-lər, server hissəsi (Backend) və məlumat bazaları ilə inteqrasiyanın qurulması;
- Kodun təmiz, oxunabilən və genişləndirilə bilən (SOLID prinsipləri üzrə) yazılması;
- Dizaynerlər və məhsul komandası (Product Owner) ilə sıx əməkdaşlıq çərçivəsində prototiplərin tez bir zamanda hazırlanması.
Namizədə olan tələblər
- Təcrübə: Game Development / Unity sahəsində azı 2 il iş təcrübəsi;
- Rəqəmsal portfolio: İştirak etdiyiniz və ya hazırladığınız layihələrin/oyunların nümayişi (PET layihələr, Google Play / App Store keçidləri və ya GitHub hesabı) mütləqdir;
- Performans optimallaşdırılması: Profiling alətləri ilə işləmək və resursları optimallaşdırmaq bacarığı;
- Dillər: Azərbaycan dili (sərbəst), Texniki İngilis dili (sənədləşməni oxumaq üçün).
Texniki biliklər:
- C# proqramlaşdırma dili və OOP/SOLID prinsiplərini yaxşı səviyyədə bilmək;
- Unity 2D/3D mühitində (Game Loop, Physics, UI, Animations, Prefabs) sərbəst işləmək bacarığı;
- Git versiya nəzarət sistemi ilə iş təcrübəsi;
Üstünlük veriləcək biliklər
- WebGL layihələri və ya hibrid mobil tətbiqlər ilə iş təcrübəsi;
- Baza səviyyəsində шейдерlər (Shaders) və ya vizual effektlər (VFX) haqqında anlayış;
- Oyun mexanikalarında (gamification) elementlərinin tətbiqi təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
3 oktyabr 2026
Şirkət haqqında
R Group Holding
Mədənçıxarma, neft və qaz, Neft-qaz xidmətləri · Bakı
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Back-end proqramçı kimi Java, Spring Boot və AI alətləri üzrə 2 ildən çox təcrübə tələb olunur.
Maaş göstərilməyib
Fullstack proqramçı kimi React və Next.js istifadə edərək müasir veb tətbiqlər hazırlamaq tələb olunur.
Maaş göstərilməyib
Backend proqram təminatı inkişaf etdirir və Java ilə 5 ildən çox təcrübəyə malikdir.
Müraciət etAsan müraciətAsan müraciət



