Java və Spring Boot ilə backend servis və mikroservislərin hazırlanması və inkişaf etdirilməsi tələb olunur
Junior Java Backend Developer
Vakansiya haqqında
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Junior Java Backend Developer vakansiyası elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
- Java Core (OOP, Collections, Exception Handling, Multithreading əsasları, Streams/Lambda) bilikləri;
- Spring Framework / Spring Boot (Spring MVC, Spring Data JPA, Spring Security əsasları) təcrübəsi;
- Məlumat bazaları ilə (PostgreSQL, MySQL və ya Oracle) işləmə və SQL bilikləri;
- Git versiya idarəetmə sistemi ilə sərbəst işləmək bacarığı;
- Maven və ya Gradle layihə yığma alətləri ilə tanışlıq;
- Docker əsasları və mikroservis arxitekturası barədə ilkin anlayış;
- REST prinsipləri, JSON formatı və HTTP status kodları ilə işləmə təcrübəsi.
Tələblər
- Komandanın rəhbərliyi altında yeni funksionallıqların (feature) hazırlanması və mövcud servislərin optimizasiyası;
- RESTful API endpoint-lərinin yazılması və sənədləşdirilməsi;
- Verilənlər bazası strukturları ilə işləmək, zəruri SQL sorğularını və ORM modellərini qurmaq;
- Yazılan kodlar üçün Unit və Integration testlərinin tərtib edilməsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Backend proqram təminatının inkişafı və təkmilləşdirilməsi üçün Java və Spring Boot bilikləri tələb olunur.
Yüksək yüklü backend sistemlərinin hazırlanması və Java, Spring Boot bilikləri tələb olunur



