C# və ASP.NET Core üzrə proqram təminatı hazırlayır, REST API və microservices bilikləri tələb olunur.
Proqramçı mütəxəssis (orta səviyyə)
Vakansiya haqqında
Təsvir
- Mövcud ERP və digər daxili proqram təminatlarının davamlı inkişafını və təkmilləşdirilməsini təmin etmək;
- Biznes ehtiyaclarına uyğun yeni modulların və funksionallıqların hazırlanmasını həyata keçirmək;
- Proqram təminatında yaranan texniki xətaları araşdırmaq, səbəblərini müəyyənləşdirmək və aradan qaldırmaq;
- Biznes tələblərinə uyğun proqram həlləri hazırlamaq və tətbiq etmək;
- API-lərin hazırlanmasını, sistemlərarası inteqrasiyaların qurulmasını və mövcud inteqrasiyaların dəstəklənməsini təmin etmək;
- SQL sorğularını, saxlanılan prosedurları və digər verilənlər bazası obyektlərini hazırlamaq və optimallaşdırmaq;
- Mövcud proqram kodlarını təhlil etmək, performansını optimallaşdırmaq və kod keyfiyyətini artırmaq;
- Test və istehsal mühitlərində proqram təminatının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
- Proqram təminatı üzrə texniki sənədləri hazırlamaq və yeniləmək;
- Biznes analitikləri, QA mütəxəssisləri və digər İT komandaları ilə əməkdaşlıq edərək layihələrin icrasını təmin etmək.
İş qrafiki: 5 günlük - 09:00-18:00
Tələblər
- Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )
- Təcrübə: Minimum 2-3 il peşəkar iş təcrübəsi (Proqram təminatının hazırlanması və inkişafı sahəsində)
- Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;
- Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;
- Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;
- REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;
- Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;
- Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;
- Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;
- Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;
- Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Karyera Yükəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Proqramçı üzrə bazar adətən 1 000–4 000 ₼ ödəyir, median — 1 200 ₼.
17 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Proqramçı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, 09:00-18:00 saatları arasındadır.
Minimum 2-3 il peşəkar iş təcrübəsi tələb olunur.
İş yeri Bakı şəhərindədir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçNahar təminatı, nəqliyyat xidməti və karyera yüksəlişi imtiyazları mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProqramçı üzrə Bakıda digər açıq elanlar.
Back-end proqramçı kimi Java və mikroservis arxitekturası üzrə 3+ il təcrübə tələb olunur.
Müasir Microsoft texnologiyaları ilə veb tətbiqlər hazırlayır, .NET və React bilikləri tələb olunur
Biznes proseslərində AI workflow-larını inkişaf etdirmək və Python, REST API bilikləri tələb olunur.




