Mobil və veb tətbiqlərin testini aparır, API test avtomatlaşdırma və mentorluq bacarığı tələb olunur
Senior QA / Test mühəndisi (Manual + Avtomatlaşdırma)
Vakansiya haqqında
Vəzifə təsviri:
- Məhsulun buraxılış qapısı olaraq kritik biznes axınlarının, rolların, mobil offline funksionallığının və AI nəticələrinin sınaqdan keçirilməsi.
Öhdəliklər:
- Test planlarının, regression paketlərinin və P0 checklist-lərin hazırlanması
- Rol × səhifə matrisasının (müxtəlif istifadəçi rolları üzrə) qurulması
- API smoke testləri, UI regression testləri
- Mobil: Android/iOS sahə axınlarının, zəif şəbəkə şəraitinin, foto/GPS funksionallığının sınağı
- Sinxronizasiya xətalarının təsnifatı və sənədləşdirilməsi
- Avtomatlaşdırma: Playwright və/və ya Vitest, CI-yə bağlı smoke testlər
- Bug triage, severity müəyyənləşdirmə, release go/no-go qərarlarına dəstək
- AI alətləri ilə test skripti/checklist generasiyası — öz review-u ilə
Tələblər:
- 2+ il QA təcrübəsi; API və UI testlərini birlikdə aparma bacarığı
- Test sənədləşdirməsi və bug report keyfiyyəti üzrə güclü bacarıqlar
- Yeni domeni öyrənməyə açıqlıq.
Üstünlük təşkil edən keyfiyyətlər:
- E2E avtomatlaşdırma, mobil cihaz laboratoriyası təcrübəsi
- Performance/load testləri (bulk sinxronizasiya) təcrübəsi
Dil bilikləri:
- Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
- Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
- Rus dili biliyi üstünlük hesab olunur.
Əlavə Məlumat:
- Servis şirkət tərəfindən təmin olunur.
- İş saatları: həftənin 5 günü, 08:00–17:00.
Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior QA Test Engineer” başlıqı ilə göndərsin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. QA mühəndis üzrə bazar adətən 1 500–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
16 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
QA mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftənin 5 günü, 08:00–17:00 saatları arasında işlənir.
İş Bakıda yerləşir.
Minimum 2 il QA təcrübəsi tələb olunur.
CV-lər “Senior QA Test Engineer” başlığı ilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQA mühəndis üzrə Bakıda digər açıq elanlar.
Senior QA Engineer proqram təminatının keyfiyyətini təmin edir və test avtomatlaşdırma bacarığı tələb olunur.
Mobil və backend sistemlər üçün test strategiyaları hazırlayan və avtomatlaşdırma bacarığı tələb edən senior QA mühəndisi.
Web3 və blockchain texnologiyalarını test edən təcrübəli senior QA mühəndisi axtarılır.



