Veb və mobil tətbiqlərin funksional testlərini keçirmək üçün QA mühəndisi tələb olunur.
Keyfiyyət təminatı üzrə kiçik mütəxəssis
Vakansiya haqqında
Meqa Həyat Sığorta” ASC Proqramlaşdırma şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
- Veb və mobil tətbiqlərin funksional testlərinin həyata keçirilməsi;
- Tələblərin təhlilində və test ssenarilərinin hazırlanmasında iştirak;
- Test case, checklist və digər test sənədlərinin hazırlanması;
- Aşkarlanmış xətaların ətraflı şəkildə qeydiyyata alınması və izlənilməsi;
- API və verilənlər bazası səviyyəsində ilkin yoxlamaların aparılması;
- Regression, smoke, integration və user acceptance testlərinin icrasında iştirak;
- Developer, Business Analyst, Product Owner və digər komanda üzvləri ilə əməkdaşlıq;
- Məhsulun keyfiyyətinin yüksəldilməsi prosesində aktiv iştirak.
Namizədlərə olan tələblər:
- Manual Testing üzrə əsas nəzəri biliklər;
- SDLC və STLC prosesləri haqqında anlayış;
- Test case və bug report hazırlanması barədə ilkin biliklər;
- Veb və mobil tətbiqlərin test edilməsinə maraq;
- API və SQL üzrə baza biliklərinin olması üstünlükdür;
- Jira, Confluence və ya oxşar alətlər haqqında anlayış;
- Analitik düşünmə və detallara diqqət;
- Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;
- Komandada işləmək və fikirlərini aydın ifadə etmək bacarığı;
- Məsuliyyətli və nəticəyönümlü yanaşma.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı – namizədin bilik, təcrübə və peşəkar səriştəsinə uyğun olaraq müəyyən edilir.
- İş qrafiki – həftənin 5 iş günü, saat 09:00–18:00.
- Könüllü tibbi sığorta.
- Korporativ Həyat Sığortası.
Maraqlanan namizədlərdən cv-lərini e-poçtun mövzu hissəsində " Kiçik mütəxəssis – Keyfiyyət təminatı üzrə" qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq və növbəti seçim mərhələsinə dəvət olunacaqlar.
Şirkət haqqında
Meqa Həyat Sığorta (Mega Life Insurance) is an Azerbaijani life insurance company licensed in 2021, offering compulsory, mortgage, term, endowment and critical-illness life insurance.
Mega Həyat Sığorta — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Backend və Mobile testləri icra etmək və test artefaktlarını hazırlamaq.
Real layihələrdə texnologiya üzrə təcrübə qazanmaq və QA testləri icra etmək.
Biznes və texniki tələbləri təhlil etmək və BPMN metodologiyası ilə optimallaşdırmaq.



